Nə müharibə, nə də sülh vəziyyətindən çıxmalıyıq Pezeşkian
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran "nə müharibə, nə də sülh" vəziyyətindən ən qısa zamanda çıxmalıdır.
Bakıvaxtı.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, "nə müharibə, nə də sülh" vəziyyətində qalmaq zərərlidir və qeyri-müəyyənlik yaradır.
Prezident qeyd edib ki, İranın yerləşdiyi coğrafiya mineral sərvətlər və qızıl dəyərində ehtiyatlarla zəngindir. Onun fikrincə, mövcud vəziyyətin taleyinə məntiqli şəkildə aydınlıq gətirilməsi bir çox problemin həllinə imkan verə bilər.
Pezeşkian vurğulayıb ki, düşmənlər (ABŞ ilə İsrail-red.) istehsal zəncirini pozmaqla ölkədə işsizliyin, digər problemlərin və narazılıqların artmasına çalışırlar.
O əlavə edib ki, istehlak modelində islahatların aparılması İran xalqının bu cəhdlərə qarşı dayanmasına və düşmənlərin planlarının puça çıxmasına səbəb olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 22 Noyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















