Icma.az
close
up
RU

Alimlər xəbərdarlıq etdi: Səhər yeməyində ən təhlükəli qida

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Elm adamları xüsusilə səhər yeməyində istehlak edilən çörək və kartof kimi qidaların infarkt və insult riskini yüzdə 60 artırdığı barədə xəbərdarlıq ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu vəziyyətə qovurma zamanı çıxan “akrilamid” adlı kimyəvi maddənin səbəb olduğu bildirilib.

Son araşdırmalara görə, tost və kartofun tərkibində olan akrilamid adlı maddə infarkt və insult riskini ciddi şəkildə tətikləyir. Ümumiyyətlə nişastalı məhsulların qızardılması və bişirilməsi zamanı meydana çıxan bu kimyəvi maddə siqaret və bəzi kosmetik məhsullarda da olur.

Təbii şəkərlərin isti ilə reaksiya verərək qaralması nəticəsində meydana gələn yanmış karbohidratlar da akrilamidlə zəngin qidalar arasındadır.

Akrilamidin bədəndə xərçəng riskini artıra biləcəyi ilə bağlı narahatlıqlar uzun müddətdir gündəmdə olsa da, ispan mütəxəssislər akrilamid istehlakının ürək-damar xəstəliklərinə də mənfi təsir göstərə biləcəyini ortaya qoydular.

Nutrients jurnalında nəşr olunan araşdırmada 100 mindən çox adamı əhatə edən təxminən 20 illik məlumatlar araşdırılıb. Tədqiqat göstərdi ki, yüksək akrilamid qəbulu infarkt və insult kimi ciddi ürək-damar sağlamlığı problemlərinə, həmçinin vaxtından əvvəl ölüm riskinin artmasına səbəb ola bilər. Həmçinin həddindən artıq akrilamid qəbulunun 2-ci tip diabet riski olan insanlarda ürək-damar ölüm riskini yüzdə 84 artırdığı müəyyən edilmişdir.

Çində aparılan başqa bir araşdırma sübut etdi ki, akrilamidin yüksək təsiri növbəti onillikdə ürək-damar xəstəlikləri riskini 47-67 faiz artıra bilər.

Bu tədqiqatlarda, pəhrizdəki akrilamidin orta səviyyəsi 32,6 ilə 57 mikroqram arasında dəyişdi, daha yüksək akrilamid səviyyələri olanlarda daha ciddi ürək-damar nəticələri müşahidə edildi.

Professor Oliver Cons bir dilim tostda orta hesabla 4,8 mikroqram akrilamid olduğunu və çörək yandırıldıqda bu miqdarın iki dəfə arta biləcəyini söylədi.

İspan alimlərinin fikrincə, akrilamid bədən toxumalarında yağ yığılmasına və iltihabı artıraraq, ürək-damar xəstəliklərinin xəbərçisi olan piylənməyə səbəb ola bilər.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri