Icma.az
close
up
RU
Alman dəqiqliyi harada qaldı? Səfirlik vətəndaşın pasportunu itirdi

Alman dəqiqliyi harada qaldı? Səfirlik vətəndaşın pasportunu itirdi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycandakı Almaniya səfirliyi vizanı pasportuma vurduqdan sonra həmin sənədi itirib. Heç bir üzr istənilmədi, heç bir tələbimə cavab verilmədi. Tək təklif bu idi: yeni pasport alın gəlin, biz həmin vizanızı 24 saat ərzində vuracağıq. Oldu, bəs məsuliyyətdən boyun qaçırmaq belə asandır?"

Bu sətirləri Pəri Abbaslı adlı şəxs Şengen vizası üçün müraciət etdiyi Almaniyanın ölkəmizdəki səfirliyində pasportunun itirilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşıb. O qeyd edir ki, pasportu 16 yanvardan bəri itib, lakin bu məlumatı yalnız özü e-mail yazıb "sənədlərimdən xəbər varmı?", - deyə maraqlandıqdan sonra öyrənə bilib. P.Abbaslının fevralda xaricə uçuşu olduğu üçün təcili pasport çıxartmalı olub. ASAN Xidmətə əvvəlki pasportu təqdim edə bilmədiyi üçün 10 AZN cərimə, pasportunun bir günə hazır edilməsi üçünsə 210 AZN pul ödəyib. Səfirlik isə öz növbəsində bildirib ki, onlar yalnız pasport hazırlanması üçün ödənilən minimum məbləği ödəyəcəklər. Vətəndaşın digər bir narahatlığı isə Avropada yaşadığı üç il müddətində pasportunda yer alan viza və sərhəd giriş-çıxış möhürlərinin deaktiv olması ilə bağlıdır. "Pasportumun itməsindən 10 gün sonra xəbərləri olur, mənə stres yaşadırlar, bütün işimi-gücümü atıb yeni pasport dərdinə düşürəm. Bunun qarşılığında üzr yoxdur, anlayış yoxdur, vurulmuş zərərə görə lazımı qədər maddi ödəniş yoxdur. Alman dəqiqliyi bu dəfə işləmədi...", - deyə P.Abbaslı qeyd edib.

Vətəndaşın sənədlərini qəbul edən, onu səfirliyə çatdıran və geri qaytarılması üçün cavabdeh olan vasitəçi şirkət isə ümumiyyətlə, yaxasını kənara çəkib. Pasportun itməsi ilə bağlı heç bir geridönüş etməyib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Əvvəllər də bu problemlə üzləşənlər olub

Sosial platformada, turizm qrupunda oxşar hadisənin baş verməsi ilə maraqlandıqda "şikayət etsəniz növbəti dəfə viza istəyəndə süründürməçiliyə məruz qalacaqsınız", "təəssüf ki, üzərlərinə götürmürlər. Tanıdığım iki nəfərdə də eyni hal baş verib. Hər ikisi Almaniya səfirliyində", "təəssüf ki, hər hansı ölkənin səfirliyinin digər ölkənin vətəndaşı qarşısında heç bir real məsuliyyəti yoxdur, ona görə həm itirə, həm də istədiyi süründürməçiliyi edə bilirlər", "pasport itməsi halları səfirliklərdə baş verir. Sonra nə səfirlik, nə də sənədi qəbul edən vasitəçi şirkət məsuliyyəti boynuna götürür. Vətəndaş get-gələ və lazımsız xərcə düşür..." kimi cavablar qeyd edildi.

Təəssüf ki, səyahət edən, biznes, təhsil, xəstəlik və s. şəxsi səbəblərdən viza üçün müraciət edənlərin heç biri belə bir hadisədən sığortalanmayıb. Artıq bunu deməyə əsas var. Əgər yanaşma belədirsə, vətəndaş öz hüququnu necə qorumalıdır? İşin məhkəmələrə gedib çıxmaması, vətəndaşa vaxtında təzminat ödənməsi, dəyən zərərin aradan qaldırılması üçün məsuliyyət necə müəyyənləşməlidir?

Alman dəqiqliyi harada qaldı?

Almaniyanın Azərbaycandakı səfirliyindən sorğumuza cavab olaraq bildirildi ki, onlar viza ərizəçisinin pasportunun itirilməsi halında hər cür dəstəyi göstərirlər. Azərbaycan vətəndaşlarının Almaniyaya səfərlərinə böyük marağından məmnun olduqlarını bildirən səfirliyin konsulluq sektoru pasportların itməsinin nadir hallarda baş versə belə, istisna hal olmadığını bildirdi: "Məlumatların qorunması qaydaları ilə əlaqədar olaraq ayrı-ayrı hallar barədə məlumat verə bilmərik. Ancaq ümumiyyətlə, deyə bilərik ki, çox sayda viza müraciəti həmişə xüsusi qayğı ilə işlənir. Pasport itkisi ehtimalı çox az olan, lakin heç vaxt istisna edilməyən bir vəziyyətdə, səfirlik, əlbəttə ki, zərərçəkənə bütün mümkün yardımı göstərəcəkdir. Bu cür hadisələrin tez-tez səfirlikdə baş verdiyi iddialarının yalan olduğunu qətiyyətlə təsdiq edə bilərik".

Vətəndaşa dəyən zərər ödənilməlidir

Turizmçilər də bu cür halların baş verdiyini təsdiq edirlər. Turizmçi Rəhman Quliyev bildirir ki, əgər vətəndaş ümumvətəndaş pasportunu hər hansı bir orqana təqdim edibsə və sənəd orada itirilib, yaxud yararsız hala düşübsə, həmin orqan və ya müəssisə məsuliyyət daşıyır: "Vətəndaşa dəymiş ziyan qarşılıqlı anlaşma şəklində ödənməlidir. Əgər qarşılıqlı anlaşma alınmırsa, bunun hüquqi müstəvidə həlli mümkündür. Çünki vətəndaş viza rəsmiləşdirməsi üçün pasportunu vasitəçi şirkətə təqdim edəndə müqavilədə xidmətin hansı şirkət tərəfindən aparıldığı göstərilir. Belə ki, şirkət sənədlərin toplanması, səfirliyə təqdim olunması və geri qaytarılması üçün cavabdehliyi öz üzərinə götürür. Həmçinin kuryer şirkəti ilə vasitəçi şirkət müqavilə bağlayır. Sənədin geri qaytarılmasında, daşınmasında özləri cavabdehlik daşıyırlar". Turizmçi bildirir ki, qanuna görə, pasport itirildiyi halda cərimə ödənilməlidir: "Pasportun tez alınması üçün əlavə ödəniş ödənilməlidir. Pasportun içərisində vətəndaşın əvvəl aldığı vizalar da varsa, məsələ bir az da çətinləşir. Çünki o vizalar vətəndaşın gələcək səfərləri üçün başqa səfirliklərdən viza almasına dəstəyi demək idi. Təbii ki, bunlar bazada qalır, amma informasiyaları ayrı-ayrı qurumlardan yığmaq asan məsələ deyil". Turizmçi bildirir ki, vətəndaşa dəymiş bütün zərər qarşılanmalıdır: "Belə halların baş verməməsi üçün hər kəs öz işinə məsuliyyətlə yanaşmalıdır".

Vasitəçi şirkət də məsuliyyət daşıyır

Hüquqşünas Ruslan Vəliyev bildirir ki, vasitəçi şirkət sənədləri vətəndaşdan təhvil alanda akt tərtib etməli, götürülən sənədləri sənəddə qeyd etməlidir. Vətəndaş və şirkətin nümayəndəsi aktı imzaladıqdan sonra bir nüsxəsi vətəndaşa təqdim edilməlidir: "Əgər sənəd itərsə, vətəndaş bununla bağlı şirkətə rəsmi müraciət edə, sonra isə sənədi yeniləndikdən sonra xərcləri tələb edə bilər. Bu xərclərə həm real zərər, həm də itirilmiş vaxt və s. aid ola bilər. Yəni maddi və mənəvi zərər. Eyni qayda səfirliyə də şamil olunur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see146

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see140

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see134

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see125

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see119

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see116

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see114

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see111

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see110

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see108

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri