Almaniya 2029 cu ilə qədər müharibəyə hazır olacaq Rusiya təhdidinə qarşı tam silahlanma əmri
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Almaniya Silahlı Qüvvələrinin Baş Müfəttişi Karsten Breyer ordunun 2029-cu ilə qədər tam şəkildə yenidən silahlandırılması barədə göstəriş verib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Breyerin imzaladığı direktivə əsasən, 2029-cu ilə qədər Rusiya ordusunun gücünü bərpa edərək NATO ərazilərinə qarşı genişmiqyaslı hücum həyata keçirə biləcəyi ehtimal edilir. Almaniya isə bu təhlükəyə qarşı əvvəlcədən hazırlıqlı olmaq istəyir.
Breyerin sənəddə göstərdiyi əsas prioritetlər arasında hava hücumundan müdafiənin gücləndirilməsi, xüsusilə pilotsuz uçuş aparatlarının qarşısının alınması ön plandadır. Həmçinin, 500 kilometrdən çox məsafədəki hədəflərə dəqiq və dərin zərbələr endirmək qabiliyyəti də əsas hədəflərdən biridir.
Breyer Almaniyanın sursat ehtiyatlarının artırılması və bütün növ döyüş sursatları üzrə məqsəd göstəricilərinin yüksəldilməsi ilə bağlı da göstəriş verib.
Digər vacib istiqamətlər isə bunlardır:
- Radioelektron müharibə imkanlarının sürətlə genişləndirilməsi;
- Kosmosda hücum və müdafiə qabiliyyətlərinin dayanıqlı sistemə çevrilməsi.
Almaniya ordusunun komandiri Alfons Mais daha əvvəl bildirmişdi ki, Rusiyanın genişmiqyaslı sosial və sənaye səfərbərliyi ordusunun od gücünü sürətlə artırdığını göstərir:“2029-cu ildən gec olmayaraq Rusiya qüvvələri NATO torpaqlarına qarşı adi silahlarla genişmiqyaslı təcavüzə başlaya biləcək. Amma bizi daha tez də sınağa çəkə bilərlər.”
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















