“Almaniya tezliklə atəşkəs olacağına inanmır” “Ukraynaya yeni silah tədarükünə başlayacağıq”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Almaniya Ukraynada atəşkəsin tezliklə əldə ediləcəyini gözləmir, ona görə də yeni silah tədarükləri hazırlayır.
“AzPolitika” xəbər verir ki, bunu BİLD nəşri Almaniya hökumətinin sözçüsü Steffen Hebestreitə istinadla yazıb.
Almaniyanın aparıcı partiyalarının Ukraynaya üç milyard avroluq yardım paketi ilə bağlı prinsipial razılığa gəldiyini qeyd edən Hebestreit atəşkəsin əldə olunmasının hələ bir qədər vaxt aparacağını deyib. Buna görə də, yaxın bir neçə həftə ərzində Ukraynaya yeni silah tədarükü başlayacaq. Söhbət ilk növbədə artilleriya sursatından gedir.
Eyni zamanda, Ukrayna üçün bəzi digər silahlar, o cümlədən İris-T və Patriot hava hücumundan müdafiə sistemləri sifariş veriləcək. Lakin bu silahlar yalnız bir-iki ildən sonra təhvil verilməyə hazır olacaq. Bunun uzanmasına səbəb istehsalçı müəssisələrin sifarişlə tam yüklənməsidir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















