Icma.az
close
up
RU
Almaniyada Azərbaycanın mədəni irsinin təbliğinə həsr edilmiş “Multikultural nostalji axşamı” adlı konsert təşkil olunub

Almaniyada Azərbaycanın mədəni irsinin təbliğinə həsr edilmiş “Multikultural nostalji axşamı” adlı konsert təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 aprel, AZƏRTAC

Almaniyanın Münxenqladbax şəhərində Azərbaycanın mədəni irsinin və multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliğinə həsr edilmiş konsert olub.

AZƏRTAC xəbər verir ki, “Multikultural nostalji axşamı” adlı konsertin bədii rəhbəri və təşəbbüskarı tanınmış vokal ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 2005-ci ildə Muğam müsabiqəsinin laureatı Vüsalə Cabirdir. Hazırda Almaniyada yaşayan və yaradıcılıqla məşğul olan Vüsalə Cabir həm də “Könül Dostları” mədəniyyət dərnəyində xor rəhbəri, səs müəllimi və solist kimi fəaliyyət göstərir. Onun rəhbərliyi ilə keçirilən konsert bir sıra milli və xarici musiqi nümunələrinin təqdimatı ilə yadda qalıb.

Tədbirin birinci hissəsi dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-Hicran” xor səhnəsi ilə açılıb. Sonra Qulu Əsgərovun “Gəlmədin yar” romansı, “Bu qala daşlı qala” xalq mahnısı və müxtəlif türk xalq musiqiləri “Könül Dostları”nın xoru tərəfindən ifa olunub. Bütün əsərlər Vüsalə Cabirin bədii rəhbərliyi ilə təqdim edilib.

Konsertin növbəti hissəsində Vüsalə Cabir, pianoçu Səbinə Məmmədovanın və “Qala” qrupunun müşayiəti ilə Fikrət Əmirov, Səid Rüstəmov, alman bəstəkar Teo Makeben və italiyalı bəstəkar Vinçenzo Di Kiaranın əsərlərini səsləndirib. Müxtəlif dillərdə və janrlarda təqdim edilən musiqi nömrələri auditoriya tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Azərbaycan və türk musiqilərinə göstərilən maraq tədbirin əsas bədii xəttini təşkil edib.

Konserti Almaniya, Fransa və Niderlandda yaşayan diaspor nümayəndələri, həmçinin müxtəlif millətlərin təmsilçiləri izləyiblər.

Tədbir çərçivəsində çıxış edən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Vüsalə Cabirin Avropada Azərbaycan musiqisinin təbliğində göstərdiyi xidmətlərindən bəhs edərək, ona Fəxri fərman təqdim edib.

Konsertin əsas məqsədi müxtəlif xalqları musiqi vasitəsilə bir araya gətirmək, Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıtmaq və sevdirmək olub.

Qeyd edək ki, “Multikultural nostalji axşamı” layihəsi artıq bir neçə ildir Vüsalə Cabirin təşəbbüsü ilə həyata keçirilir və bu il də yüksək peşəkarlıqla reallaşdırılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri