Almaniyada dron insidenti: Rusiya günahlandırılır
Icma.az, Axar.az saytına istinadən bildirir.
Almaniya hökuməti Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş dronla bağlı insidentə görə Rusiyanı məsul tutmağa və bu ölkənin qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Politico” nəşri məsələ ilə tanış olan üç rəsmi şəxsə istinadla məlumat yayıb.
Məlumata əsasən, Almaniyanın Rusiyaya qarşı birbaşa tədbirləri AB çərçivəsində hazırlanmaqda olan yeni sanksiyalarla paralel həyata keçirilə bilər.
Nəşr bildirir ki, Leypsiq-Halle hava limanındakı insidentlə Rusiyanın mümkün əlaqəsi barədə mediada artıq bir sıra məlumatlar yayılıb. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsində də dronun Rusiya hərbi kəşfiyyatı ilə əlaqələndirildiyi bildirilib. Moskva isə insidentdə iştirakını rədd edir.
Qeyd edək ki, avqustun əvvəlində Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanmışdı. Almaniyanın Federal Baş Prokurorluğu hadisə ilə bağlı istintaqı öz üzərinə götürərək, milli təhlükəsizliyə təhdid yarada biləcək ciddi hücum şübhəsi ilə təhqiqat aparır.
Baxış sayı:98
Bu xəbər 29 Avqust 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















