Icma.az
close
up
RU
Almaniyada koalisiya hökumətindəki partiyalar pensiya, nəqliyyat və sosial təminatla bağlı islahatlarda razılaşıb

Almaniyada koalisiya hökumətindəki partiyalar pensiya, nəqliyyat və sosial təminatla bağlı islahatlarda razılaşıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 9 oktyabr, AZƏRTAC

Almaniyada koalisiya hökumətində yer alan partiyalar – Xrsitian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) pensiya, nəqliyyat infrastrukturunun inkişafı və sosial təminat sahələrində mühüm islahatlar barədə razılıq əldə ediblər.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, koalisiya danışıqlarının nəticələrini açıqlayan Kansler Fridrix Merts hazırkı vətəndaşlıq mavinəti (Bürgergeld) sisteminin ləğv edilərək əvəzində əsas təminat mexanizminin (Grundsicherung) tətbiq edildiyini bildirib.

Yeni sistem əmək bazarına inteqrasiyanı gücləndirməyə yönələcək və yardıma ehtiyacı olan şəxslər artıq müraciət mərhələsində məcburi məsləhətləşməyə cəlb ediləcəklər. Qaydalara əsasən, öhdəliklərin pozulmasına görə sanksiyalar sərtləşdiriləcək. İş mərkəzinə təkrar gəlməyənlərin ödənişləri 30 faizədək azaldıla və ya tam dayandırıla bilər. Uzunmüddətli işsizlərin fərdi şəkildə müşahidəsi gücləndiriləcək, gənclər və azyaşlı uşaqları olan valideynlər üçün yeni inteqrasiya proqramları nəzərdə tutulub. Hökumət sosial yardımın sui-istifadəsinə qarşı nəzarəti artırmağı, xüsusilə qeyri-qanuni məşğulluq və problemli kirayə halları ilə mübarizəni gücləndirməyi planlaşdırır.

Bununla yanaşı, nəqliyyat infrastrukturunun yenilənməsi üçün 166 milyard avroluq rekord büdcə ayrılacaq, 2029-cu ilədək isə əlavə 3 milyard avro yol tikintisinə sərf olunacaq. Planlaşdırma və icazə prosedurlarını sadələşdirən “İnfrastrukturun Gələcəyi Qanunu” 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

Pensiya sahəsində 2026-cı ildən vergi tutulmayan “Aktiv pensiya” sistemi tətbiq ediləcək. Bu model əmək fəaliyyətini davam etdirən pensiyaçılara ayda 2000 avroya qədər əlavə gəlir imkanı yaradacaq. Həmçinin analar üçün əlavə pensiya, erkən pensiya və özəl pensiya sığortasının yeni forması da islahat paketinə daxildir.

Hökumət, eyni zamanda, iqlimə uyğun nəqliyyatı təşviq etmək üçün 3 milyard avro ayıraraq az və orta gəlirli ailələrin emissiyasız nəqliyyat vasitələrinə keçidini dəstəkləyəcək. Yeni qərarların payızadək qanuniləşdirilməsi nəzərdə tutulur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri