Icma.az
close
up
RU
Almaniyalı nazir: “Su üzrə Bakı Dialoqu konkret fəaliyyətlərə böyük töhfə verə bilər” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Almaniyalı nazir: “Su üzrə Bakı Dialoqu konkret fəaliyyətlərə böyük töhfə verə bilər” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu mühüm müzakirələrə və konkret fəaliyyətlərə təkan verəcək.

AZXEBER.COM xəbər verir ki, bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke COP29 çərçivəsində keçirilən "İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

"Hazırda biz daha çox quraqlıqlar, artan su qıtlığı və dağıdıcı daşqınlarla üzləşirik. Su böhran simvolu deyil, həllin ayrılmaz hissəsi olmalıdır. Buna görə də COP rəhbərliyinin su məsələsinə diqqət yetirməsini yüksək qiymətləndiririk. Bakı Dialoqu diqqətli müzakirələrə və konkret tədbirlərin həyata keçirilməsinə böyük töhfə verə bilər”, - deyə nazir bildirib.

S. Lemke su məsələsinin müxtəlif siyasət sahələrinə sistemli şəkildə inteqrasiya edilməsinin zəruriliyini qeyd edib: "Bərpa olunmuş torf bataqlıqları böyük həcmdə karbon udur. Bununla yanaşı, su, uyğunlaşma proseslərinin əsas elementidir və qlobal uyğunlaşma məqsədləri üçün həyati əhəmiyyət daşıyır. Su siyasəti milli uyğunlaşma planlarının ayrılmaz hissəsi olmalıdır”.

Nazir Bakı Dialoqunun qlobal su idarəçiliyi üçün vacib bir platforma olduğunu vurğulayaraq əlavə edib: "Biz bir-birimizdən su idarəçiliyi ilə bağlı çox şey öyrənə bilərik. Almaniya bu prosesdə fəal iştirak etməyə hazırdır. Suyun həyat mənbəyi kimi qorunması üçün birlikdə çalışmalıyıq”.

S. Lemke suyun yalnız iqlim uyğunlaşması deyil, həm də qlobal dayanıqlılıq və həyat üçün əsas şərt olduğunu bir daha diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see266

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see229

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see214

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see177

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see175

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see147

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see141

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see123

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see120

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri