Alvaro Moratanın həyat yoldaşı futbolçudan Türkiyədə qalmalarını xahiş edib
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Milan"dan qalıcı olaraq alma hüququna yiyələnmək şərti ilə icarə əsasında "Qalatasaray"a transfer olunan ispaniyalı hücumçu Alvaro Morata ilə bağlı son vaxtlar transfer xəbərləri yayılıb və futbolçunun "Xetafe"yə keçəcəyi irəli sürülüb. Ancaq bu iddiaların əksinə olaraq Moratanın həyat yoldaşı Alis Kampellonun İstanbulda yaşamağı çox sevdiyi və ərinə ayrılmaq istəmədiyini dediyi bildirilib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, ulduz futbolçu özü də Türkiyədə xoşbəxt olduğu üçün gələcək təklifləri qəbul etməyəcək.
"Qalatasaray" klubu mövsümün sonunadək Alvaro Moratanın performansından razı qalarsa, futbolçu ilə yola davam edəcək.
Qeyd edək ki, Alvaro Morata "Qalatasaray" forması ilə meydana çıxdığı səkkiz oyunda üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 11 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















