Icma.az
close
up
RU
AMEA da professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya və kitab təqdimatı

AMEA da professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya və kitab təqdimatı

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitabının təqdimatı da olub.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli mərhum professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunan sessiyanın elmi və mənəvi cəhətdən əhəmiyyətini vurğulayıb. O, tədbiri Azərbaycanda əlyazmaşünaslıq, mətnşünaslıq və mənbəşünaslıq sahələrində yeni istiqamətlər açmış, məktəb yaratmış görkəmli tədqiqatçının xatirəsinə ehtiramın ifadəsi kimi yüksək qiymətləndirib.

Professor Fərid Ələkbərlinin ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə nəzər salan AMEA rəhbəri alimin Vatikan arxivlərində araşdırmalar apararaq Azərbaycan tarixinə dair çoxsaylı sənədlər aşkar etdiyini və onların surətlərini Bakıya gətirdiyini bildirib. O, Fərid Ələkbərlinin Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparan ilk Azərbaycan alimi olduğunu diqqətə çatdırıb.

Fərid Ələkbərlinin qısa, lakin yaradıcılıq uğurları ilə zəngin həyat sürdüyünü söyləyən akademik İsa Həbibbəyli onun həyatını elmdə yeni istiqamətə, böyük bir xəzinənin açılmasına həsr etdiyini bildirib. Qeyd edib ki, professor Fərid Ələkbərli naməlum qalan bir sıra tibb əlyazmalarını aşkar edərək onları tədqiqata cəlb edib. Alim tibb və əczaçılıq üzrə X-XVIII əsrlərə aid yazılı abidələr üzərində apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq bu mənbələrdə təsvir edilmiş 724 növ dərman bitkisini müəyyən edib, araşdırıb və onların siyahısını hazırlayıb. O, Azərbaycanda ilk orta əsr əczaçılıq terminləri lüğətini tərtib edib.

Akademik İsa Həbibbəyli təqdimatı keçirilən “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitabı haqqında da fikirlərini bölüşərək bildirib ki, nəşrdə professor Fərid Ələkbərlinin elmə verdiyi töhfələr, eləcə də alimin yetişdiyi ailə şəcərəsi haqqında qiymətli məlumatlar yer alıb.

AMEA prezidenti mənalı və şərəfli ömür yaşamış professor Fərid Ələkbərlinin yaradıcılığının gələcək nəsillər, xüsusilə mətnşünaslıq və mənbəşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı üçün dəyərli mənbə olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış edərək Fərid Ələkbərlini təəssübkeş ziyalı, istedadlı tədqiqatçı, fədakar və zəhmətkeş alim kimi xarakterizə edib. O, həm dəqiq, həm də humanitar elmləri təmsil edən görkəmli alimin Əlyazmalar İnstitutunda fars, ərəb, Azərbaycan dillərində yazılmış orta əsr tibb əlyazmaları üzərində geniş tədqiqat işi apardığını diqqətə çatdırıb.

Akademik Teymur Kərimli Fərid Ələkbərlinin 1992-ci ildə “Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili” mövzusunda namizədlik, 1998-ci ildə “Orta əsr (X-XVIII əsrlər) ərəbyazılı mənbələr Azərbaycanda sağlamlığın qorunması haqqında” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etdiyini bildirib. Vurğulayıb ki, professor Fərid Ələkbərli tarixşünas, mənbəşünas olmaqla yanaşı, həm də vətənpərvər təbib idi. Alim tərəfindən orta əsrlərdə istifadə olunan 150 növ heyvan və 115 növ mineral mənşəli, yüzlərlə növ mürəkkəb dərman nüsxələri tədqiq edilib, onların tərkibi və orta əsr tibbində istifadə üsulları müəyyənləşdirilib.

Professor Fərid Ələkbərlinin keçdiyi ömür yolunun hər bir alimə örnək olduğunu söyləyən akademik Teymur Kərimli onun gələcək nəsillər üçün böyük bir elmi miras qoyduğunu bildirib.

Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru professor Hikmət Babaoğlu və AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək görkəmli alimin geniş profilli yaradıcılığından, Azərbaycan elminin inkişafında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, professor Fərid Ələkbərli çoxyönlü tədqiqatları ilə biologiya, tibb və tarix elmini sintez edərək kompleks nəticələrə nail olub. O, Şərq və Qərb elmini ayrı-ayrı rakurslardan araşdıraraq, dərin təhlil edərək sintez edib. Alimin mənbəşünaslıq və mətnşünaslıq sahələri üzrə apardığı tədqiqatları onun istedadının, zəhmətsevərliyinin və elmə məhəbbətinin bəhrəsi kimi yaranıb.

Çıxışlarda görkəmli alimin əmanət qoyduğu zəngin irsin, tədqiqatların, əlyazmaların, kitabxananın və arxiv materiallarının dərin hörmət və minnətdarlıqla xatırlanacağı qeyd olunub.

Elmi sessiyada, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi dosent Zəkiyyə Əbilovanın “Yorulmaz alim, parlaq şəxsiyyət – Fərid Ələkbərli” və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent İnci Qasımlının “Azərbaycan elmində ilklərə imza atan Fərid Ələkbərli” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə qeyd olunub ki, səmimi insan və əsil alim Fərid Ələkbərli AMEA-nın Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin (ATTB) prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyətinin (İSHM) İdarə Heyətinin üzvü olub. O, 2006-ci ildə Azərbaycanda tibb tarixinə aid ilk beynəlxalq konfransın (“Orta Əsr Əlyazmalarında Ənənəvi Tibb və Əczaçılıq”) həmsədri olub. 2004-2005-ci illərdə AMEA Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına (Memory of the World Programme) daxil edilməsi layihəsi üzərində çalışıb. Nəticədə, 2005-ci il iyulun 29-da UNESCO-nun qərarı ilə, tarixdə ilk dəfə olaraq, Azərbaycana məxsus orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından 3 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edilib.

Sonda Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək oğlunun xatirəsinə göstərilən diqqətə və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri