Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

AMEA nın prezidenti akademik İsa Həbibbəyli Qəbələdə arxeoloqlarla müşavirə keçirib

AMEA nın prezidenti akademik İsa Həbibbəyli Qəbələdə arxeoloqlarla müşavirə keçirib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda burada fəaliyyət göstərən arxeoloji ekspedisiyanın üzvlərinin və əlaqədar qurumların iştirakı ilə müşavirə keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, toplantını giriş sözü ilə açan akademik İsa Həbibbəyli Qədim Qəbələ şəhərinin UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsini mühüm əhəmiyyətə malik hadisə olduğunu bildirib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Qəbələdə aparılan arxeoloji qazıntı işlərinin böyük tarixi əhəmiyyətinə toxunan akademik burada yaradılan müasir tipli infrastruktura və iş şəraitinə görə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərovanın və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun əməkdaşlarının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov qoruq haqqında ətraflı məlumat verib: “Qədim Qəbələ şəhərinin Qafqaz Albaniyasının ilk paytaxtı olduğunu bildirən qoruq rəhbəri nəzərə çatdırıb ki, ilkin siyahı – UNESCO-nun Dünya İrs siyahısına daxilolmanın birinci mərhələsidir və sonrakı prosedurların həyata keçirilməsində arxeoloqlarla birlikdə üzərimizə düşən vəzifələri lazımi səviyyədə həyata keçirəcəyik”.

Tədbirdə Milli Məclisin deputatı Elçin Mirzəbəyli, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, həmin institutun İslam arxeologiyası şöbəsinin müdiri, professor Qafar Cəbiyev və başqaları çıxış edərək Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda AMEA tərəfindən aparılan arxeoloji tədqiqatlar və qarşıda duran vəzifələr haqqında danışıblar.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və müşavirə iştirakçıları qoruq ərazisindəki abidələrlə, aparılmış qazıntı işlərinin mövcud vəziyyəti ilə tanış olublar.

Uzun illər bu ərazidə arxeoloji qazıntılar aparmış AMEA-nın müxbir üzvü İlyas Babayevin xidmətləri ehtiramla yad edilib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, Qəbələ-Cənubi Koreya birgə arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli arxeoloji abidələrlə əlaqədar və qazıntıların gedişi haqqında geniş məlumat verib.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Qəbələdə qazıntı işlərində Cənubi Koreya arxeoloji ekspedisiyası ilə beynəlxalq əməkdaşlığın nəticələrini diqqətə çatdırıb.

Müzakirələr zamanı növbəti ildən Qəbələdə tədqiqat prosesində arxeoloqlarla yanaşı tarixçi və etnoqrafların, dilçi və folklorçu alimlərin də tədqiqatlara cəlb edilməsinin zəruriliyi haqqında təkliflər səsləndirilib və icra üçün qəbul olunub.

Tədbirdə AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun təmsilçiləri, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının əməkdaşları və arxeoloq alimlər də iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri