Amil Albaniyaya qayıtdı, amma məşqçi ona şans vermədi
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bilindiyi kimi, Amil Yunanov Albaniyaya dönüb.
Sentyabrda “Bülis”ə transfer olan Yunanov cəmi ayyarım sonra klubun düşərgəsini tərk edərək Bakıya qayıtmışdı. Təbii ki, istənilən futbolçu klubdan ayrılmaq istəyinə düşərsə, ən azı üç ay gözləməlidi. İndiki halda Yunanovun hərəkəti, sadəcə, özbaşınalıq kimi görünür.
Düşünmək olardı ki, Amil “Bülis”ə dönəndən sonra yaşıl meydana çıxmaq imkanı da qazanacaq. Ancaq belə olmayıb. Noyabrın 29-da “Vlajniya”nı qəbul edən “Bülis” 1:0 hesabıyla qələbə qazanıb. Amil isə nə start heyətində yer alıb, nə də sonradan oyuna qoşulub. Onun adı heç protokola da salınmayıb. Belə münasibiət o anlama gəlir ki, Albaniya klubu ilə azərbaycanlı futbolçu arasındakı münasibətlər tam pozulub.
Amillə əlaqə saxlamağa, son yaşananlarla bağlı məlumat almağa çalışsaq da, cəhdlərimiz fayda vermədi. Görünür, futbolçu bir müddət susmağı münasib bilir. Təki sonu xeyir olsun.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Dekabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















