Icma.az
close
up
RU
AMQF 1 illik fəaliyyətinə dair ictimai hesabat verib FOTO

AMQF 1 illik fəaliyyətinə dair ictimai hesabat verib FOTO

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyəti 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.

Qlobal Cənub QHT Platformasının Bakıda təsis olunması

APA xəbər verir ki, toplantıda Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının təsis olunması barədə çağırışına 120 ölkənin yer aldığı Qoşulmama Hərəkatı regionunun 116 ölkəsinin dəstək verdiyi, bu ölkələrin hər birindən aparıcı QHT-lərin iştirakı ilə 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis olunduğu bildirilib.

Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə ilk dəfədir, bu Platformanın təşəbbüskarı Azərbaycan Milli QHT Forumudur. Forumun bu Platformanın qurulması üçün ardıcıl və sistemli fəaliyyətini nəzərə alaraq, 116 ölkə tərəfindən yekdilliklə qərar qəbul edilib ki, Platformanın gələn il Baş Assambleyasına qədər ona rəhbərliyi məhz Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti sədrlik etsin.

Forumun yenidən dirçəlişi və beynəlxalq nüfuzu

Mətbuat konfransında çıxış edən İdarə Heyətinin sədri Ramil İskəndərli deyib ki, 2024-cü il mayın 15-də keçirilmiş Azərbaycan Milli QHT Forumunun Ümumi Yığıncağı təsisatın həyatında tamamilə yeni səhifə açıb, keyfiyyət mərhələsi yaradıb:

“Etiraf etməliyik ki, güclü ənənələri və əhəmiyyətli tarixi missiyası olan Forum əvvəlki dövrdə xeyli zəifləmiş, iflic vəziyyətinə düşmüşdü. Forumun həyatında müşahidə edilən durğunluq və tənəzzülə son qoyulub, əvvəlki tərkib buraxılıb və struktur ləğv edilib, yeni və çevik idarəçilik mexanizmi yaradılıb. Azərbaycan Milli QHT Forumu ölkə QHT-lərinin çətir təşkilatı kimi öhdəsinə düşən funksiyaları icra etməyə başlayıb, vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan Milli QHT Forumu beynəlxalq miqyasda yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilatdır. Bu, Forumda birləşən Azərbaycan QHT-lərinin birgə əməyinin nəticəsi, uğur hekayəsidir”.

Prezident İlham Əliyevin Forumun fəaliyyətinə verdiyi dəstək

Həmçinin Ramil İskəndərli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu Platformanın təsis konfransının iştirakçılarına məktubla müraciət etməsi, məktubda Azərbaycan Milli QHT Forumunun fəaliyyətinə yüksək qiymət verməsi böyük fəxrdir.

“Bandunq prinsipləri” ilə uyğunluq və Bakıda qlobal diskussiyalar

Daha sonra Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli çıxış edərək bildirib ki, Qlobal Cənub QHT Platformasının Qoşulmama Hərəkatının QHT şəbəkəsi adını daşımağa tam haqqı var:

“Bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Bakıda aparılmış qlobal diskussiyalarda bu məsələlər dönə-dönə vurğulandı. Qlobal Cənub QHT Platformasına rəhbərliyin ölkəmizə həvalə edilməsi, həmin qərar elan olunarkən 116 ölkə təmsilçisinin ayaqüstə qalxaraq alqışlarla bu anı qeyd etməsi Azərbaycanın beynəlxalq arenada moderator və lider kimi artan rolunu vurğulayır”.

Azərbaycan QHT-ləri üçün yeni imkanlar və COP29

İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan QHT-ləri artıq yeni müstəvidə fəaliyyət göstərir, bunun üçün sağlam iqlim və böyük fürsətlər, yeni, əlçatan imkanlar yaradılıb:

“Dövlətin diqqətini və dəstəyini hər yerdə hiss edirik. COP29 Təşkilat Komitəsinin üzvləri sırasına ötən il ilk dəfə QHT-lərdən nümayəndələr daxil edildi. Azərbaycan QHT-ləri COP29 prosesinə layiqli töhfə vermək üçün əsl fədakarlıq göstərdi. Aparılmış çoxsaylı görüşlər, yaradılan təmaslar, keçirilən tədbirlər səmərəli oldu”.

O, Qərbi Azərbaycan istiqamətində də QHT-lərin olduqca fəal iş apardığını, çoxsaylı uğurlar əldə etdiyini bildirib.

Prezidentin QHT strategiyası və dövlət dəstəyi

İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, ötən qısa dövr ərzində Azərbaycan QHT-lərinin dünyaya bu cür çıxışı, beynəlxalq əməkdaşlığı üçün böyük imkanların açılması həm də QHT-lərin inkişafı siyasətinə məsul olan dövlət qurumlarının böyük zəhmətinin, fədakar xidmətinin nəticəsi sayılmalıdır:

“Bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi QHT-lərin inkişafı strategiyası dayanır. Biz dövlət başçının həm andiçmə nitqində, həm parlamentin yeni tərkibi qarşısında çıxışında, həm də yerli TV kanallarına müsahibələrində vətəndaş cəmiyyətinə dair konseptual baxışının şahidi olmuşuq. Ona görə də bu gün Azərbaycan QHT-lərinin ümumi prosesə töhfə vermək üçün çoxsaylı yeni təşəbbüslərlə çıxış edir, fəallıq göstərir, müvafiq rəy və təkliflərinin nəzərə alınması bizi sevindirir”.

Üzvlərin yenilənməsi və QHT Evi imkanları

İdarə Heyətinin üzvü Xatirə Vəliyeva Foruma üzv təşkilatların yeni vəsiqələrlə təmin edildiyini bildirib:

“Biz əvvəlki siyahıları təftiş etdik, orada çoxsaylı qüsurlar aşkarladıq. Ona görə də İdarə Heyəti qərara aldı ki, üzv təşkilatların yeni siyahısı hazırlansın. Hazırda proses davam edir. Foruma üzv təşkilatlar ofisin konfrans zallarından limitsiz şəkildə ödənişsiz istifadə imkanı qazanır. Bu gün Forumun ofisi “QHT Evi”dir, bura hər zaman qaynayır, Foruma üzv təşkilatlar burada çoxsaylı tədbirlər, görüşlər keçirir. Təkcə bu ilin I rübündə Forumun ofisində 60-dan çox tədbir keçirilib. Bu, 2024-cü ildə ofisimizdə keçirilmiş bütün tədbirlərin sayından 2 dəfə çoxdur. Artıq 100-ə yaxın təşkilat yeni üzvlük vəsiqələrini əldə edib, müraciətlərə İdarə Heyətinin iclaslarında baxılır, mərhələli qaydada bu ilin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq”.

Dünya Şəhərsalma Forumuna hazırlıq

Toplantıda o da qeyd olunub ki, Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna da ciddi hazırlaşır. Artıq Forumun təşəbbüsü ilə 2025-ci il martın 12-də “WUF13 QHT Koalisiyası” təsis olunub. Hibrid formatda keçirilən təsis konfransına 18 ölkədən 25 xarici QHT qatılıb. Azərbaycan tərəfini Koalisiyada milli QHT-lərin flaqmanı olan Azərbaycan Milli QHT Forumu təmsil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 May 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri