Icma.az
close
up
RU
Ana dilimizin qorunması siyasi mənəvi məsələdir

Ana dilimizin qorunması siyasi mənəvi məsələdir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada elə dəyərlər var ki, illər keçsə də, tarixin ən sərt sınaqlarından da sağ çıxır, əksinə, daha da cilalanır, millətin yaddaşını, ruhunu, kimliyini əbədi yaşadır. Bizim üçün belə müqəddəs dəyərlərin başında ana dilimiz – Azərbaycan dili dayanır. Ulu Öndər Heydər Əliyevin dərin hikmətlə dediyi kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”

1 Avqust tarixində qeyd etdiyimiz Azərbaycan əlifbası və Azərbaycan dili günü isə bu müqəddəs dəyərə sayğının, milli irsə sadiqliyin və gələcək nəsillərə vəsiyyətimizin ən gözəl rəmzidir. Dilimiz həm də tarixin daşlaşmış sətirlərindən gələn qürurumuzdur. XX əsrin ortalarında, xüsusilə də 70-ci illərin sonlarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Ana dilimiz üçün süni maneələr yaradılır, milli özünüdərkin təməllərinə toxunulur, hətta milli respublikaların rəhbərləri də bu mövzuda danışmaqdan çəkinirdilər. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyev cəsarətlə və ardıcıl mövqeyi ilə dilimizə sahib çıxdı. SSRİ Konstitusiyası layihəsinin müzakirələri zamanı Ulu Öndər açıq şəkildə vurğuladı ki, ana dilində təhsil hüququ qorunmalı, dil dövlət səviyyəsində tanınmalıdır. Məhz onun siyasi iradəsi ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəası qəbul edildi. Bu, o dövr üçün həm siyasi cəsarət, həm də milli qürurun bərpası demək idi. Dövlət dili statusunun hüquqi qələbəsi isə Müstəqillik dövründə özünü tam göstərdi. Azərbaycan dilinin dövlət dili kimi statusu daha möhkəmləndirildi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bu, həm milli kimliyimizin, həm də dövlət müstəqilliyimizin təsdiqi idi. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış mühüm sənədlər – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərman – dilimizin qorunmasında, inkişafında və cəmiyyətdə hakim mövqe tutmasında həlledici rol oynadı. Ulu Öndər bu barədə deyirdi: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” Ulu Öndərin siyasi kursunun davamı kimi bu gün cənab Prezident İlham Əliyev dilimizin dövlət dili kimi mövqeyini daha da möhkəmləndirir, müasir dövrün çağırışlarına uyğun şəkildə inkişafını təmin edir. 2004-cü ildən latın qrafikasının tam tətbiqi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (2013), “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında” Fərman (2018), Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması mühüm addımlar canlı bir tarixdir. Bütün bunlar göstərir ki, ana dilimiz yalnız ötən günlərin deyil, həm də gələcəyimizin rəmzidir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Dilimizin cazibəsi poeziya qədər saf, musiqi qədər ahəngdardır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil. Bu dil musiqimizdə, ədəbiyyatımızda, dövlətçilik tariximizdə yaşayıb, milli ruhumuzu formalaşdırıb. Ədəbiyyatımızın qüdrətindən tutmuş aşıq sənətinə, muğamımıza qədər hər yerdə ana dilimizin sehri var. Ulu Öndər deyirdi: “Bizim Azərbaycan dili şeir dilidir.” Məhz bu dilin ahəngi ilə xalqımız dərin fikirlərini, sevincini, dərdini, ümidini ifadə edib. Ona görə də Azərbaycan dili günü yalnız bir təqvim günü deyil – milli yaddaşımızın, milli varlığımızın canlı qalması üçün bir çağırışdır. Dünyada informasiya texnologiyalarının, xarici təsirlərin sürətlə yayıldığı bir dövrdə ana dilimizi qorumaq daha böyük məsuliyyət tələb edir. Dövlət proqramları, qanunlar, fərmanlar yalnız hüquqi çərçivədir. Ən böyük məsuliyyət isə hər birimizin üzərindədir: uşaqlarımıza düzgün və saf Azərbaycan dili öyrətmək, nitq mədəniyyətinə diqqət yetirmək, dilimizin dəyərini, zənginliyini yaşatmaq. Bu, həm də milli-mənəvi borcumuzdur. Çünki dilimiz itərsə, tariximiz, ədəbiyyatımız, milli yaddaşımız da unudular. Bu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər birimiz bir daha düşünək: Ana dilimiz bizə ulu babalarımızın əmanətidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Bu fəxri qorumaq, sabaha ötürmək isə hər birimizin vicdan borcudur.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri