Icma.az
close
up
RU
ANAMA da əxlaqsız videolar yayan xadiməni kim müdafiə edir? İŞÇİLƏR ETİRAZA QALXDI

ANAMA da əxlaqsız videolar yayan xadiməni kim müdafiə edir? İŞÇİLƏR ETİRAZA QALXDI

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən ay Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun əmri ilə Ağdam rayonu Sarıcalı kəndində yerləşən ANAMA Mobil bazasının direktoru işdən çıxarıldı. Ələsgər Həmzə oğlu Əhmədovun vəzifəsindən nə üçün azad olunduğu rəsmi olaraq açıqlanmasa da, bu haqda “Hürriyyət”də ətraflı məlumat vermişdik. Qeyd etmişdik ki,Ələsgər Əhmədov uzun müddətdir idarənin xanım əməkdaşı tərəfindən şantaj olunurmuş. Söhbət orada xadimə işləyən Gülər Kərimovadan gedir.

Məlumata əsasən, anası sözügedən bazada aşbaz, atası isə Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışan Gülər Kərimova tez-tez idarədən oğurluq edirmiş. Daha dəqiq desək, anası ərzaq məhsullarını ona ötürür, atası da çantası yoxlanılmadan bazadan çıxmasına şərait yaradırmış. Bir gün ailə üzvlərinin oğurluq əməlləri ilə bağlı direktor Ələsgər Əhmədova məlumat verilir. Nəticədə, onun göstərişi ilə Gülər iş başında yaxalanır. Bu hadisədən sonra, idarədən oğurladıqları məhsullarla bərabər, onu direktorun kabinetinə gətirirlər. O, burada ağlayaraq, bir daha oğurluq etməyəcyinə söz verdiyi üçün direktor rəhm edərək, onu işdən qovmur.

Bu hadisədən sonra Gülər Kərimova açıq-saçıq geyimi ilə Ələsgər Əhmədovun diqqətini çəkə bilir və onlar arasında yaxın münasibət yaranır. İş yoldaşları deyir ki, o, gah çay, gah qəhvə aparmaq bəhanəsi ilə tez-tez direktorun kabinetinə girib-çıxmağa başlayır. Beləcə, tərəflər arasında münasibətlər o qədər açıq-saçıq müstəviyə keçir ki, bəzən Gülər onunla münasibətini telefonla görüntüyə də alır.

Beləcə, günlər keçdikcə, Gülər həmin görüntülərlə direktoru şantaj etməyə, yeri gəldikdə həmin görüntülərin müəyyən hissəsini iş yoldaşlarına göndərməyə başlayır. Nəhayət, bu görüntülər əldən-ələ gəzərək, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin rəhbərliyinə də çatır. Nəticədə, sədr Vüqar Süleymanovun əmri ilə Ələsgər Əhmədov vəzifəsindən azad olunur.

Ötən yazımızda da qeyd etmişdik ki, Ə.Əhmədovun işdən çıxarılması heç də əsassız deyil. Yəni V.Süleymanovun yerinə kim olsa, eyni qərarı verərdi. Lakin idarənin əksər əməkdaşları ondan narazılıq edirlər ki, necə olur, Ələsgər Əhmədov vəzifəsindən azad olunur, amma onu əxlaqsız hərəkətləri ilə şantaj edən Gülər və onun oğurluq etməsinə şərait yaradan valideynləri hələ də işlərinin başındadır?!

Görünür, gün keçdikcə bu sual aşkar etiraza dönüşdüyündən, bu gün Ağdam rayonu Sarıcalı kəndində yerləşən ANAMA Mobil bazasının bir qrup əməkdaşı tərəfindən “Hürriyyət”ə növbəti müraciət daxil olub. “ANAMA-da baş verən əxlaqsızlıqdan sonra hamımız ümid edirdik ki, Vüqar Süleymanov biabırçı videolar yayan Kərimova Gülər Kərrar qızını oradan uzaqlaşdırar. Lakin o, ötən 1 ay ərzində nəinki Gülər Kərimovanı işdən qovdu, əksinə, onun ANAMA-dakı “mövqeləri” daha da gücləndi. Üstəlik, anası Arifə xanım 1 aylıq məzuniyyətə göndərildi. İndi isə Gülər məzuniyyətə getməyə hazırlaşır. Görünür, “çox gözəl işçi” olduğu üçün Vüqar Süleymanov onun əməyinə yüksək qiymət verir”, - deyən ANAMA əməkdaşları “Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirlər. Onlar hesab edirlər ki, bu qurumda baş verən əxlaqsızlıqların qarşısı vaxtında alınmasa, gələcəkdə daha böyük problemlərə səbəb ola bilər:

“Vüqar Süleymanov bu biabırçılıqları ört-basdır etdiyi üçün o qız bundan daha da ruhlanacaq və başqa təmiz insanları, eləcə də qadınları şantaj edəcək, adlarını ləkələyəcək. Doğrudur, Gülər Kərimova bu cür əxlaqsız videolar yaydığı üçün rəhbərlik tərəfindən 6 aylıq maaşa əlavələrdən və mükafat olaraq verilən 2 aylıq maaşdan məhrum edildi. Amma o, bunu “heç vecimə də deyil”, - deyib, istehza ilə qarşıladı”.

ANAMA əməkdaşıları bir daha sual edirlər ki, Gülər Kərimova və valideynləri tərəfindən idarəyə külli miqdarda zərər vurulduğu, üstəlik ortada ciddi əxlaqsızlıq faktı olduğu halda, niyə yalnız Ələsgər Əhmədov işdən uzaqlaşdırıldı?! “Yəqin ki, Vüqar Süleymanovun məqsədi var; böyük məbləğdə rüşvət alıb, yeni direktor təyin edər. Ayrı nə ola bilər ki?!”, - deyə şikayətçilər bildirirlər.

“Artıq idarədə rəhbər heyət də bildirir ki, bu biabırçılıq, bu “qara ləkə” ANAMA-nın adından götürülməsə, daha heç kim gəlib burada işləməyəcək, heç bir kişi arvadını, qızını, bacısını burda işləməyə göndərməyəcək”, - deyə ANAMA əməkdaşları sonda vurğulayırlar.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyun 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see325

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see189

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see150

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see126

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see124

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri