Anar Bağırov: “Bu gün Azərbaycanda hakimlərin seçimi və təyinatı ən demokratik və şəffaf prosedurlara uyğun olaraq aparılır”
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı il yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) rəhbərliyi tərəfindən hakim vəzifəsinə yeni təyin edilən vəkillərlə görüş keçirilib və təltif ediliblər.
Qurumdan XQ-ə verilən məlumata əsasən, görüş zamanı Kollegiyanın sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu məsuliyyətli və şərəfli vəzifədə qanunun aliliyinə və ədalət prinsiplərinə daim sadiq qalacaqlarına əminliyini ifadə edib.
Sədr çıxışında qeyd edib ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Bu islahatların əsas məqsədi məhkəmə sisteminin daha şəffaf, səmərəli və vətəndaşların hüquqlarının etibarlı müdafiəsini təmin edən mexanizmə çevrilməsidir.
Anar Bağırov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının rolu və fəaliyyəti, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələr, eləcə də gənc, bilikli və peşəkar kadrların irəli çəkilməsi məsələlərindən ətraflı danışıb. Hazırda Kollegiya həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində təmsil olunur. Bu gün Azərbaycanda hakimlərin seçimi və təyinatı ən demokratik və şəffaf prosedurlara uyğun olaraq aparılır.
Anar Bağırov söyləyib ki, hakim vəzifəsinə təyin olunan vəkillər öz bilik, təcrübə və peşəkarlıq səviyyələri ilə məhkəmə-hüquq islahatlarına layiqli töhfə verəcəklər. Yeni hakimlərə şərəfli hakim adını daim uca tutmağı, fəaliyyətlərində obyektivlik, qərəzsizlik, şəffaflıq və etik davranış prinsiplərinə ciddi əməl etməyi tövsiyə edib.
Dövlət başçısının 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən şəxslər arasında 8 nəfərin VK-nın üzvü olduğunu nəzərə çatdıran sədr bunu yüksək göstərici kimi dəyərləndirib. Bildirilib ki, mövcud göstəricilər vəkilliyin yalnız hüquqi yardım institutu kimi deyil, eyni zamanda məhkəmə hakimiyyəti üçün peşəkar kadr bankı rolunu oynadığını təsdiqləyir.
Qeyd olunub ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik və peşəkarlıq nümayiş etdirən Kollegiyanın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu Ağcabədi Rayon Məhkəməsinə, Əliyeva Aytəkin Güləli qızı Biləsuvar Rayon Məhkəməsinə, Qazıbəyov İbrahim Mehman oğlu Quba Rayon Məhkəməsinə, Maxsudova Ülkər Taleh qızı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə, Mirzəzadə Asim Vilayət oğlu Qax Rayon Məhkəməsinə, Mustafayev Cavidan Mustafa oğlu Laçın Rayon Məhkəməsinə, Səfərli Günel Adil qızı Qusar Rayon Məhkəməsinə, Süleymanov Cavid Loğman oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə Prezidentin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.
Tədbirin sonunda Anar Bağırov VK Rəyasət Heyətinin müvafiq qərarına əsasən hakim vəzifəsinə təyin edilən şəxslərə Fəxri Fərmanları təqdim edib.
Sonda görüş iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 14 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















