Verilişinə görə kanalın yayımı dayandırlan aparıcının rəqsi GÜNDƏM OLDU VİDEO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Space TV-nin sosial verilişinin aparıcısı Amil Xəlil qeyri-adi rəqs performansı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, teleaparıcı məclislərin birində nümayiş etdirdiyi rəqs nömrəsi ilə diqqət çəkib. Onun tanınmış müğənnilərdən birinin ifası səslənən anda sərgilədiyi rəqs sosial şəbəkələrdə yayılıb.
Sözügedən görüntülər istifadəçilər arasında müxtəlif rəylərə və müzakirələrə səbəb olub. Bəzi izləyicilər Amil Xəlilin sərbəst və fərqli rəqsini maraqla qarşılasa da, digərləri bu performansı tənqid edib.
Qısa zamanda gündəmə çevrilən video teleaparıcının sosial şəbəkələrdə daha geniş diqqət mərkəzinə düşməsinə səbəb olub.
Xatırladaq ki, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunmuşdur. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib. Aparıcının sözügedən rəqsi qərardan öncə yayılıb.
Musa
Milli.Az
Baxış sayı:57
Bu xəbər 14 Yanvar 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















