Icma.az
close
up
RU
Anar Məmmədli məhkəmə qarşısına çıxarıldı: onun ev dustaqlığına buraxılması barədə vəsatət rədd edildi

Anar Məmmədli məhkəmə qarşısına çıxarıldı: onun ev dustaqlığına buraxılması barədə vəsatət rədd edildi

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin məhkəməsi başlayıb. Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində onların işi ilə bağlı məhkəmənin ilkin hazırlıq iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən məhkəmə prosesində Anar Məmmədlinin vəkilləri onun məhkəmə zalında şüşə kabinədə deyil, onların yanında əyləşməsinə icazə verilməsi üçün vəsatət qaldırıblar: “Bu, həm müdafiə etdiyimiz şəxslə məsləhətləşməyimiz baxımından vacibdir. Həm də o, şəxsiyyət əleyhinə cinayətlərdə ittiham olunur”.

Vəsatət təmin edilib.

Qeyd edək ki, digər təqsirləndirilən Anar Abdullayev isə həbsdə olmadığından o, vəkilinin yanında əyləşir.

Daha sonra Anar Məmmədlinin vəkilləri Elçin Sadıqov və Cavad Cavadov onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Vəkillər bildirib ki, istintaq yekunlaşıb, onun şahidlərə təsir göstərmək, istintaqın gedişinə mane olmaq ehtimalı barədə gətirilən əsaslar da aradan qalxıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Anar Abdullayevin vəkili isə onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.

Hakim Aygün Qurbanova bildirib ki, bu iş iri həcmli və mürəkkəbdir, gələcəkdə araşdırılıb hüquqi qiymət veriləcək. Bu səbəbdən də vəsatət təmin olunmur.

Daha sonra vəkil Elçin Sadıqov bildirib ki, istintaqın sonunda müəyyən sənədlər ona verilməyib. Bu səbəbdən həmin sənədlərlə tanış olmayıb. Vəkil bu əsasla da məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə prosesi iyunun 2-nə qədər təxirə salınıb.

Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Bu il aprelin 8-də Anar Abdullayev də onunla yanaşı, eyni iş üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 206.4 (qaçaqmalçılıq), 213.2.1 (vergidən yayınma), 320.1 və 320.2-ci (sənəd saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Onlar bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilat seçkilərin monitorinqi ilə məşğul olur, hesabatlar hazırlayırdı.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri