Icma.az
close
up
RU
Andrey Demçenko: Məsuliyyəti üzərimə götürürəm

Andrey Demçenko: Məsuliyyəti üzərimə götürürəm

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"

"Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci hissədə də yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 28-ci turu çərçivsində "Turan Tovuz"a 0:3 hesabı ilə uduzmaqları barədə danışarkən deyib.

O, matçdan sonra təşkil olunan mətbuat konfransında oyunun sonlarında daha çox səhvə yol verdiklərini bildirib: "90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Oyunun sonlarında bizdə alınmadı və uduzduq. Son saniyəyə kimi döyüşməlisən".

Mütəxəssis məğlubiyyətin səbəbini özündə gördüyünü deyib: "Heç kim demir ki, günahkar futbolçulardır. İlk növbədə baş məşqçi günahkardır. Deməli, mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm".

A.Demçenko uduzmaqlarına baxmayaraq, avrokuboka vəsiqə uğrunda sona qədər mübarizə aparacaqlarını vurğulayıb: "Məqsədimiz var. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim".

O, "Araz-Naxçıvan"ın ilk 6-lıqda yer alan komandaları məğlub edə bilməməsinin səbəbini də açıqlayıb: "Yəqin ki, müdafiədən hücuma keçiddə çətinliyimiz var. Buna görə lazım olan nəticəni ala bilmirik. Oyunçuları müasir futbola keçirməyə çalışırıq. Top saxlamaq, pressinq etmək... Bütün komandanın bu rejimdə çalışması vacibdir. Əgər bir futbolçuda düşüş olursa, bu, bütün komandaya təsir edir. Sistemə kimsə daha tez, kimsə çətin uyğunlaşır. Hər şeyə baş məşqçi qərar verir. Bütün məsuliyyət mənim üzərimdədir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Aprel 2026 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri