Icma.az
close
up
RU
Andrey Drozden: Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında dadına və keyfiyyətinə görə ilk üçlükdədir

Andrey Drozden: Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında dadına və keyfiyyətinə görə ilk üçlükdədir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “azexport.az” portalının təşkilatçılığı ilə Belarus Respublikasının topdansatış şəbəkəsinin nümayəndələri Azərbaycana səfər ediblər.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Lənkəran, Astara, Göyçay və Hacıqabul rayonlarında yerli sahibkarlarla görüşlər keçirilib, məhsulların yetişdirildiyi bağlarda və saxlama kameralarında yaradılan müasir imkanlar barədə əyani təqdimatlar olub.

Belarusun topdansatış şəbəkəsinin direktoru Andrey Drozden bildirib ki, rəhbərlik etdiyi şirkət İspaniya, Türkiyə, Misir, Özbəkistan kimi ölkələrdən məhsul idxal edir. Azərbaycanda qurulan bağlar və məhsulların keyfiyyəti isə ziyarətçilərin xüsusi marağına səbəb olub.

“Xüsusilə sitrus məhsulları və xurma çox dadlı və keyfiyyətlidir. Hesab edirəm ki, Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında olan məhsullar sırasında dadına və keyfiyyətinə görə ilk üçlükdə yer alır. “Azexport” portalının dəstəyi ilə baş tutan bu səfər və imzalanan müqavilələr hələ başlanğıcdır. Biz artıq növbəti həftələrdə qənnadı və konservləşdirilmiş məhsulların istehsalı ilə tanış olmaq və sifarişləri təyin etmək üçün səfərləri planlamağa başlamışıq”,- deyə A. Drozden əlavə edib.

“Azexport” portalı indiyədək “Gələn Alıcı Missiyası” (İncoming Buyer Mission) proqramı çərçivəsində ABŞ, Türkiyə, Rusiya, Kanada və Avropa İttifaqı ölkələrindən şirkət nümayəndələrini yerli sahibkarlar və infrastrukturla tanış edib və Azərbaycan məhsullarının bu ölkələrdə tanıdılmasını dəstəkləyib. Görüşlərdə iştirak etmək istəyən şirkətlər portala müraciət edə bilərlər. Görüşlərin təşkili və portal tərəfindən təqdim olunan xidmətlərə dair xidmət haqqı və ya komissiya nəzərdə tutulmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see196

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see154

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see145

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri