Ankara nüvə proqramı ilə bağlı Tehrana qarşı beynəlxalq təzyiq kampaniyasına qoşulub
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Son bir həftədə sosial şəbəkələrdə Azərbaycanla Türkiyənin münasibətlərini korlamağa yönəlik addımlar sürətlə artıb. BMT-də Azərbaycanın guya İsrailə dəstək verməsindən tutmuş, "azəri" propaqandasına qədər ən müxtəlif metodlarla bizimlə qardaş ölkə arasında soyuqluq, nifrət yaymağa çalışırlar".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
Onun sözlərinə görə, səbəbi çox sadədir:
"Türkiyə BMT-nin İrana qarşı sanksiyalarına qoşulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı oktyabrın 1-də fərman imzalayıb. Beləliklə, Ankara nüvə proqramı ilə bağlı Tehrana qarşı beynəlxalq təzyiq kampaniyasına qoşulub.
Məhz fars molla rejimi də bundan narahat olmağa başlayıb. Sosial şəbəkələrin Azərbaycan seqmentinə doluşan aftafabaşlar azərbaycanlı adları ilə videolar hazırlayır, nifaq yaradan statuslar paylaşır, aktiv şəkildə rəylər yazırlar. Yazılan rəylər də adətən oxşar olur. Və bir mərkəzdən təlimat aldıqları aşkarca hiss olunur.
Azərbaycanla Türkiyənin arasına girmək istəyənlərin üfunəti bürüyüb buraları.
Bəzən dəyərli dostlar da belə alçaqca təbliğatın qurbanına çevrilir, onların istədiyi səmtə yönəlirlər.
Dostlar, biz uca səslə Türküz deyəndə bunların bağrı çatlayır. Ayaqları əsir.
Biz Türkiyəni, Türkiyə də bizi candan, könüldən sevir deyəndə bunların yuxusu ərşə çəkilir.
Çox narahatdırlar, gərgindirlər. Hər zaman olduğu kimi".
Vasif ƏLİHÜSEYN


