“İranda rejim nəzarəti itirir: etirazlar, iqtisadi çöküş və xarici müdaxilə riski“ “The Wall Street Journal“
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"İran daxildən zəifləyir, amma hakimiyyət hələ də zorakılıqla ayaqda qalmağa çalışır..."
Moderator.az xəbər verir ki, bu barədə "wsj.org" nəşri yazıb.
Nəşr yazır ki, İranda dərin daxili böhran fonunda rejimin gələcəyi ilə bağlı qeyri-müəyyənlik artır. Etirazların silahlı toqquşmalarla müşayiət olunması, iqtisadiyyatın faktiki çöküşü və beynəlxalq təzyiqlər Tehranın vəziyyətini daha da ağırlaşdırır.
Daxili böhran və nəzarətin itirilməsi
Ekspertlərin fikrincə, İran artıq klassik etiraz mərhələsini keçib. Ayrı-ayrı bölgələrdə silahlı qrupların təhlükəsizlik strukturlarına hücumları qeydə alınır. Xüsusilə qərb vilayətlərində toqquşmaların intensivləşməsi rejimin vəziyyətə necə reaksiya verəcəyini bilmədiyini göstərir.
İnternetin kütləvi şəkildə kəsilməsi də təkcə informasiyanı boğmaq yox, həm də etirazçıların və hətta güc strukturlarının koordinasiyasını pozmaq məqsədi daşıyır.
Eyni zamanda iqtisadi alətlər də işlək deyil. Əvvəllər istifadə olunan güzəşt və təzyiq mexanizmləri effektini itirib, iqtisadiyyat isə real dağılma mərhələsinə daxil olub.
ABŞ amili və güc strukturlarının rolu
Müşahidəçilər bildirir ki, ABŞ-ın İrana qarşı hərbi variantları masadan kənarda deyil, lakin əsas sual etirazların hansısa silahlı qurumu rejimdən qopara bilib-bilməyəcəyidir. İslam İnqilabı Keşikçiləri Korpusu rejimlə sıx bağlıdır, lakin ordu və "Bəsic" daxilində narazı elementlərin mövcudluğu istisna edilmir.
Eyni zamanda Vaşinqtonda İranla bağlı müxtəlif ssenarilər müzakirə olunur. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, hakimiyyət dəyişikliyi baş verərsə, yeni rejim dərhal bütün ölkə problemlərinin məsuliyyətini üzərinə götürmək məcburiyyətində qalacaq və bu, böyük risklər yaradır.
Rejim daxilində qorxu və zorakılıq xətti
Nəşr yazır ki, əvvəllər daha mülayim mövqedə olan islahatçı qanad belə indi rejimlə eyni cəbhədə dayanıb. Onların əsas qorxusu etirazların sistemi islah etmək yox, tam devirmək mərhələsinə keçməsidir. Bu səbəbdən hətta islahatçı fiqurlar da etirazların sərt şəkildə yatırılmasını dəstəkləyir.
Ekspertlərin qənaətinə görə, İran rejimi sona yaxınlaşdığını hiss etsə də, hələlik zorakılıq, repressiya və xarici təhlükə ritorikası ilə "üzə çıxmağa" çalışır. Lakin mövcud böhran əvvəlkilərdən fərqli olaraq daha dərin və daha təhlükəli mərhələyə daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 14 Yanvar 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















