Annalena Berbok: Almaniya iqlim maliyyəsinə dəstək sahəsində əməkdaşlığa hazırdır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya iqlim dəyişikliyi sahəsində ayrı-ayrı ölkələrlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
APA-nın xəbərinə görə, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.
O deyib ki, bu sahədə irəliləyişə nail olmaq üçün həm mitiqasiya tədbirlərinin gücləndiriməsi, həm də iqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində addımları genişləndirilməlidir:
“Avropa İttifaqı və Almaniya iqlim maliyyəsinin təminatına dəstək sahəsində əməkdaşlığa hazırdır. Bu sahədə beynəlxalq inkişaf banklarının imkanlarından istifadə olunması və özəl sektorun bu sahəyə cəlbi çox vacibdir. Biz həm Almaniya, həm də Avropa olaraq buradayıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Noyabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















