APARAT RƏHBƏRİ YOLA SALINDI İntiqam Babayevin yerinə təyinat olub
Icma.az bildirir, Mia.az portalına istinadən.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri işdən çıxarılıb.
Mia.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, İntiqam Babayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.
Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, İntiqam Babayev 2023-cü ilin yanvar ayından sözügedən vəzifəyə gətirilib. Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ.Babayev 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bu ilin fevral ayında Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















