AQTA dan yeni tələb: Bu qərar niyə qəbul edildi? KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Son günlər AQTA-nın ölkəyə idxal olunan heyvanların yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmasına dair qərarı müxtəlif müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Qida təhlükəsizliyi üzrə ekspert hesab edir ki, bu qərar vaxtında verilmiş və düzgün addımdır.
Onun sözlərinə görə, qərarın məqsədi heyvan sağlamlığını və rifahını qorumaq, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq, nəticədə isə istehlakçıların daha təhlükəsiz və keyfiyyətli ət məhsulları ilə təmin olunmasına nail olmaqdır. Ekspert bildirib ki, uyğun olmayan nəqliyyat vasitələrində həddindən artıq heyvanın daşınması onların stress keçirməsinə, xəsarət almasına və ətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İxtisaslaşdırılmış nəqliyyat vasitələri isə beynəlxalq standartlara uyğun şərait yaradaraq bu riskləri minimuma endirir.
Ekspert qərarın ətin qiymətini artıracağı ilə bağlı fikirlərlə razı olmadığını da qeyd edib. Onun fikrincə, daşınma düzgün təşkil olunduqda, bir neçə sahibkarın eyni ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən istifadə etməsi xərcləri bölüşdürür və əlavə maliyyə yükünün qarşısını alır.
Bununla yanaşı, ekspert hesab edir ki, AQTA qərarın icrasına nəzarət edərkən sahibkarların maraqlarını da nəzərə almalıdır. O vurğulayıb ki, nəzarət mexanizmləri elə qurulmalıdır ki, süni qiymət artımı, əsassız daşınma xərcləri və vasitəçilikdən yaranan əlavə maliyyə yükü formalaşmasın. Bu halda həm heyvan rifahı və qida təhlükəsizliyi təmin ediləcək, həm istehlakçılar keyfiyyətli məhsul əldə edəcək, həm də sahibkarların qanuni maraqları qorunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 10 İyul 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















