Ararat Mirzoyan: “Bu saziş Ermənistana geosiyasi vəziyyətdən çıxmaq üçün lazımdır” KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Ümid edirəm ki, İrəvan və Vaşinqton arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında dərinləşən münasibətlərin sübutu və ümumi nailiyyətlərlə dolu gələcək üçün yol xəritəsi olacaq.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünün “X”sosial hesabında yazıb:“Ermənistan-ABŞ münasibətləri o həddə çatıb ki, onların strateji tərəfdaşlığa çevrilməsi nəinki məqsədəuyğundur, həm də çətin geosiyasi vəziyyətdən çıxmaq üçün lazımdır”.
Ermənistanın xarici işlər naziri həmçinin ümid etdiyini bildirib ki, Ermənistanın ABŞ-ilə imzaladığı sənəd gələcək münasibətlər üçün yol xəritəsi rolunu oynayacaq: “Qoy ABŞ dövlət katibi Entoni Blinkenlə imzaladığımız Ermənistan-ABŞ Strateji Tərəfdaşlığa dair Xartiya Ermənistan və ABŞ arasında dərinləşən münasibətlərin sübutu və birgə nailiyyətlərlə dolu gələcək üçün yol xəritəsi rolunu oynasın”.
Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Yanvar 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















