Icma.az
close
up
RU
Araz Naxçıvan ın baş məşqçisi: İlk iki matçda futzalçılar bütün tapşırıqları yerinə yetirdi

Araz Naxçıvan ın baş məşqçisi: İlk iki matçda futzalçılar bütün tapşırıqları yerinə yetirdi

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan"ın futzalçıları UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdikləri ilk iki matçda bütün tapşırıqları yerinə yetiriblər.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

Mütəxəssis ilkin mərhələnin sonuncu matçında qarşılaşacaqları Avstriyanın "Ljuti Krajişniçi" komandasını təhlil etdiklərini bildirib: "Keçirilən hər iki oyunda komanda qarşıya qoyulan vəzifələri və bütün tapşırıqları istədiyim şəkildə yerinə yetirdi. Ona görə də lazımi nəticələri qazandıq. Komandada bir neçə gənc oyunçu var və oyunlarda şans qazandılar. Güman edirəm ki, özlərini yaxşı tərəfdən göstərə bildilər. Avstriya komandasının oyunlarına baxmışıq və müəyyən təhlillər aparmışıq. Məni daha çox öz komandam maraqlandırır. Çünki rəqib aldadıcı futbol da oynaya bilər. Rəqibi izləyirəm, amma öz fikirlərim var və komandamın necə oynayacağı haqqında düşünürəm. Öz strategiyamız var, istənilən rəqibə qarşı yalnız hücum futbolu və qələbə əzmi ilə çıxmalıyıq".

Rusiyalı məşqçi ilk oyunlarda qazandıqları qələbələrin futzalçılarda arxayınlıq yaratmayacağını düşünür: "İlk iki oyunda qazandığımız qələbələrin oyunçularda arxayınlıq yaradacağını düşünmürəm. Çünki hər biri ilə individual şəkildə söhbətlərim olur. Turnirin, nəticənin əhəmiyyətini onlara başa salıram. Biz yalnız "Araz Naxçıvanı" deyil, ümumiyyətlə Azərbaycan futblonu təmsil edirik. Fikrimcə, bütün oyunçular bunları başa düşür. Avstriya çempionu ilə oyunda istədiyimiz nəticəyə nail olmağa çalışacağıq".

O, komandanın taktikanın mənimsənilməsində çətinlik yaşadığını bildirib: "İşimizin çətin tərəfi odur ki, komanda yenidən qurulur və bu da taktikamın mənimsənilməsində bir az çətinlik yaradır. Çünki vaxtımız az idi. Amma yeni oyunçular yaxşı səviyyədə olduğuna görə mənimsəmə baxımından problem yaranmadı. Yerlilərdən Xəzər, Ülvi və keçən ilki heyətimizdən qalan Covani ilə Karlos bu baxımdan önəmli rol oynadılar. Güman ki, bu turnirdən sonra tədricən məşqlərimiz intensivləşəcək və yeni oyunçular da taktikamı lazımi səviyyədə mənimsəyəcəklər. Meydana sadəcə qələbə üçün çıxırıq. Yəni başqa nəticəmiz ola bilməz. Tapşırıq yalnız və yalnız rəqibdən asılı olmayaraq qələbə qazanmaqdır. Hər oyunda müəyyən taktiki gedişlər və dəyişikliklər edirik. İnanıram ki, bu, öz bəhrəsini verəcək. Yaradılan şəraitə görə rəhbərliyə təşəkkür edirəm. Bütün ehtiyaclarımızı qarşılayıblar və lazımi şəraiti yaradıblar".

Qeyd edək ki, Naxçıvan təmsilçisi yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.

Komanda bu gün sonuncu matçını Avstriya çempionu "Ljuti Krajişniçi"yə qarşı keçirəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Avqust 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see313

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see224

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see192

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see188

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see161

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see132

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see125

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see125

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see124

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri