Icma.az
close
up
RU
Araz Naxçıvan yaxşı komandadır, amma hər şeyi edəcəyik ki, qalib gələk MÜSAHİBƏ

Araz Naxçıvan yaxşı komandadır, amma hər şeyi edəcəyik ki, qalib gələk MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Turan Tovuz"un hücumçusu Orxan Əliyev Sportal.az saytına müsahibə verib.

- Komandanız son turda "Sabah" üzərində 2:1 hesabı ilə qələbə qazandı. Rəqibin meydanda 10 nəfərlə qalması qələbə qazanmağınızda böyük rol oynadı?

Bu görüş artıq geridə qaldı. O oyuna da yaxşı hazırlaşmışdıq. Meydanda 10 nəfərlə qalmaq məsələsinə gəldikdə, futbolda bu cür hallar baş evrir. Bizim hədəfimiz qələbə qazanmaq idi. Nə baş versəydi belə, qalibiyyəti çox istəyirdik. Əsas odur ki, bunu reallaşdırdıq.

- "Turan Tovuz" uzun müddət idi ki, qələbə qazana bilmirdi. "Sabah" üzərindəki qələbə sizə böyük motivasiya verib?

Təbii ki, qələbə bizə böyük motivasiya verir. Məşqçilər korpusu və rəhbərlik bizə daim yaxşı dəstək verir. Komanda olaraq özünəinam yaxşı səviyyədədir. 

- Komanda bu gün "Araz-Naxçıvan"la qarşılaşacaq. Matç haqda hansı fikirdəsən?

"Sabah"la görüşdən sonra elə "Araz-Naxçıvan"la matça fokuslanmışıq. Bu oyunun asan keçməyəcəyi dəqiqdir. Oyuna yaxşı hazırlaşmışıq. Hər şeyi edəcəyik ki, "Araz-Naxçıvan"a qalib gələk. Onların yaxşı komanda olduğunu yaxşı başa düşürük.

- Yəqin ki, bu görüşdə oynamağı daha çox istəyirsən? Hər halda, "Araz-Naxçıvan" sənin sabiq komandadndır. İkiqat motivasiyaya sahibsən?

Mən hər oyunda oynamaq istəyirəm. Amma qərarları verən baş məşqçidir. Bu şansı əldə etmək üçün daim çalışıram. Nə vaxt şans verilsə, oynamağa hazıram.

- "Turan Tovuz"un avrokubok şanslarını necə dəyərləndirirsən? "Qarabağ" ölkə kubokunu qazanarsa, indiki pillədə qalaraq, avrokuboklara vəsiqə qazana bilərsiz...

Avrokuboklara yollanmaq şansımız var. Digər klublardan asılı olmayaraq, biz daim çalışırıq və hər oyuna uğurlu nəticə üçün çıxırıq. İnanıram ki, avrokuboklara vəsiqə qazanmaq istəyimiz reallaşacaq. Çünki yaxşı komandaya sahib olduğumuzu bilirəm.

- Səncə, "Turan Tovuz"dakı karyeran yaxşı alınır, yoxsa özünü göstərməyin üçün zamana ehtiyacın var?

Düzünü desəm, hələ ki tam olaraq potensialımı aça bilmirəm. Çünki az-az oynayıram. Öz üzərimdə daha çox çalışacam ki, həmin şans mənə verilsin. "Turan Tovuz"a daim xeyir vermək istəyirəm. Yaxşı kollektivə sahibik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri