Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentina hökuməti 18 yaşından kiçik şəxslərin cinsiyyətin dəyişdirilməsi üzrə əməliyyat keçirmələrinə, eləcə də onlara hormonal terapiya təyin etməyə qadağan qoyan qərar qəbul edib.
Oxu.Az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bunu Argentinanın Prezident Administrasiyasının spikeri Manuel Adorni deyib: "Milli hökumət gender kimliyi haqqında qanunu dəyişmək və 18 yaşından kiçik uşaqlarda bədənin uyğunlaşdırılması üzrə hormonal müalicə və əməliyyatı qadağan etmək qərarına gəlib".
M.Adorni söyləyib ki, bu cür müdaxilə həm fiziki, həm də psixoloji sağlamlıq üçün ciddi risk törədir: "Bir çox halda prosedur və əməliyyatların nəticələri bərpa olunmaz olur".
Baxış sayı:66
Bu xəbər 07 Fevral 2025 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















