Argentinada tətil səbəbindən azı 45 gəmi limanlardan çıxa bilmir
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Argentinanın Rosario şəhərində losmanların tətil etməsi səbəbindən taxıl daşıyan azı 45 gəmi limanı tərk edə bilmir. Bu barədə Argentina Yağ-Piy Sənayesi Palatası və Taxıl İxracatçıları Mərkəzinin (CIARA-CEC) prezidenti Qustavo İdiqoras məlumat verib.
XQ xəbər verir ki, qurumun rəhbərinin sözlərinə görə, limanı tərk edə bilməyən gəmilərin sayı 45-i örtüb, onların üzərinə 30-u da əlavə oluna bilər. “Hər bir gəminin gecikməsi taksi sayğacı kimidir, gündə 50 min dollardan 100 min dollaradək xərc yaranır”, - deyə Qustavo İdiqoras bildirib. O qeyd edib ki, ixracatçılar hökumətin derequlyasiya siyasətini dəstəkləsələr də, hakimiyyətin losmanlar həmkarlar ittifaqı ilə normativ bazaya edilən dəyişiklikləri müzakirə etməməsini səhv addım kimi qiymətləndirirlər. Məhz həmin dəyişikliklər tətilə səbəb olub.
İyulun 30-da hökumətin rəsmi qəzetində gəmiçilik sahəsi üzrə yeni qaydalar dərc olunub. Losmanlar və çay gəmiləri kapitanları həmkarlar ittifaqlarının fikrincə, yeni qaydalar iş yerlərinin itirilməsinə və gəmiçiliyin təhlükəsizliyinin azalmasına səbəb ola bilər.
Baxış sayı:157
Bu xəbər 05 Avqust 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















