Icma.az
close
up
RU
Arıqlamaq üçün çörəkdən tam imtina etmək lazımdır? Dietoloq açıqladı

Arıqlamaq üçün çörəkdən tam imtina etmək lazımdır? Dietoloq açıqladı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Arıqlamaq istəyənlərin ilk imtina etdiyi qidalardan biri də çörəkdir. Bir çox insan çörəyi rasiondan tamamilə çıxarmağın daha sürətli çəki itkisinə səbəb olduğuna inanır. Bəs həqiqətən də arıqlamaq üçün çörəkdən imtina etmək vacibdirmi? Çörəyin növü və qəbul edilən porsiya çəkiyə necə təsir edir? Ümumiyyətlə, çörəyi tamamilə rasiondan çıxarmaq orqanizm üçün faydalıdırmı?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Şəbnəm Nazarova bildirib ki, çörəyi tamamilə rasiondan çıxarmaq arıqlamağı sürətləndirmir.

Onun sözlərinə görə, arıqlamağın əsas qaydası gündəlik qəbul edilən enerjinin sərf olunan enerjidən bir qədər az olmasıdır:
“Əgər çörək rasiondan çıxarıldıqda insanın ümumi kalori qəbulu azalırsa, çəki itkisi sürətlənə bilər. Amma eyni kalorilər başqa qidalardan kompensasiya edilirsə, heç bir üstünlük qalmır.
Çörəyin növü və hazırlanma qaydası önəmlidir. Tam taxıllı, liflə zəngin çörək və ya daha uzun müddət fermentasiya olunmuş çörəklər uzunmüddətli toxluq, bağırsaq fəaliyyəti və qida keyfiyyəti baxımından olduqca faydalıdır.
Çörək qəbulunda etdiyimiz ən böyük yanlışlardan biri porsiyanın böyük olması və balanssız qidalanmadır. Ancaq 2 dilim tam taxıllı çörəyi zülal, tərəvəz və sağlam yağ mənbəyi ilə birlikdə yemək tamamilə balanslı və sağlam rasionun bir hissəsi ola bilər.
Əgər çörəkdən tamamilə imtina ediriksə, çörək əvəzinə kartof, düyü, yulaf, paxlalılar və digər kompleks karbohidratlar rasiona doğru şəkildə daxil edilməlidir. Bu səbəbdən çörək hər kəs üçün vacib olan qida deyil, amma çörəkdən alınan karbohidrat, enerji, lif, B qrup vitaminləri və bəzi minerallar qidalanmanın başqa hissələrindən mütləq qarşılanmalıdır.
İlk günlərdə tərəzidə çəkidə sürətli azalma isə qismən qlikogen və ona bağlı su itkisi ilə əlaqəli ola bilər. Bu, yağ itkisi ilə deyil.
Yəni “arıqlamaq üçün çörəyi kəs” yanaşması çox sadələşdirilmişdir. Daha doğru yanaşma çörəyin növünə, porsiyasına, ümumi rasiona və insanın enerji ehtiyacına baxmaqdır”, - deyə dietoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Avqust 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri