Icma.az
close
up
RU
Arıqlamaqla bağlı əsl həqiqət: Bədəndəki yağ əslində hara yox olur?

Arıqlamaqla bağlı əsl həqiqət: Bədəndəki yağ əslində hara yox olur?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bədən çəkisi azaldıqda orqanizmdə toplanmış yağın bir hissəsi yox olur. Bəs bu kütlə əslində hara gedir? Alimlərin bildirdiyinə görə, yağ itkisi orqanizmin qidadan aldığı enerjidən daha çox enerjiyə ehtiyac duyduğu zaman başlayan proseslə bağlıdır. Belə olduqda bədən enerji ehtiyacını ödəmək üçün öz yağ ehtiyatlarından istifadə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Euronews” yazır.

Qəbul etdiyimiz yağ həzm sisteminə daxil olur və burada yağ turşularına parçalanır. Orqanizm bu yağ turşularının bir hissəsindən hüceyrələrin qurulması, hormonların tənzimlənməsi və daxili orqanların qorunması kimi əsas funksiyalar üçün istifadə edir. Artıq hissə isə triqliseridlərə çevrilərək yağ hüceyrələrində toplanır və sonradan enerji mənbəyi kimi istifadə olunur.

Orqanizm yağı əsasən iki formada saxlayır: dərialtı yağ — dərinin birbaşa altında yerləşir, visseral yağ isə daha dərində, daxili orqanların ətrafında toplanır.

Orqanizm kalori çatışmazlığı vəziyyətinə düşdükdə hormonal və sinir siqnalları yağ hüceyrələrində toplanmış yağın parçalanmasını stimullaşdırır. Bu proses lipoliz adlanır.

Yağ enerjiyə çevrilir

Triqliseridlər parçalandıqdan sonra yağ turşuları hüceyrələrin daxilində yerləşən və orqanizmin “enerji stansiyaları” adlandırılan mitoxondrilərə daxil olur. Burada onlar beta-oksidləşmə prosesindən keçir.

Bu proses zamanı yağ turşuları orqanizmin enerji istehsalında istifadə etdiyi birləşmələrə parçalanır. Mübadilənin son məhsulları isə karbon qazı və sudur.

"The Conversation" nəşrində dərc olunan məqalədə diqqətçəkən məqam məhz bununla bağlıdır. Birmingem Universitetinin iki tədqiqatçısı izah edib ki, orqanizmin itirdiyi yağın böyük hissəsi tərlə deyil, nəfəs aldığımız zaman ağciyərlər vasitəsilə bədəndən xaric olur.

Tədqiqatçıların hesablamalarına görə, itirilən yağın təxminən 84 faizi karbon qazına çevrilir və nəfəsvermə zamanı bədəndən çıxır. Təxminən 16 faizi isə suya çevrilərək tər və orqanizmin digər mayeləri vasitəsilə xaric olunur.

Alimlər bildirirlər ki, bu faiz göstəriciləri hələlik təxminidir. Bunun səbəbi yağ itkisi zamanı orqanizmdən xaric olan bütün maddələrin miqdarını dəqiq ölçməyin çətin olmasıdır.

Bu, idmanla məşğul olmaq üçün nə deməkdir?

İnsan məşq etdikdə və ya qəbul etdiyi kalorilərin miqdarını azaltdıqda orqanizmin enerji tələbatı artır. Qidadan alınan enerji bu ehtiyacı ödəmədikdə bədən öz yağ ehtiyatlarından istifadə etməyə başlayır.

Lakin bu, sürətli nəfəs alıb-verməyin öz-özlüyündə yağ itkisinə səbəb olması demək deyil. Nəfəsvermə yağın parçalanması nəticəsində yaranan məhsulların bədəndən xaric olmasının yoludur, həmin parçalanmanı başladan proses deyil.

Orqanizmin toplanmış enerji ehtiyatlarından istifadəsinə səbəb olan əsas amil kalori çatışmazlığının qorunmasıdır. Buna düzgün qidalanma və fiziki aktivlik vasitəsilə nail olmaq mümkündür.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri