Icma.az
close
up
RU
Asan olmayan yenidənqurma

Asan olmayan yenidənqurma

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

A seriyasının 22-ci turu daha çox “Yuventus”un bu mövsüm ilk dəfə uduzması ilə yadda qaldı.

Səfərdə “Napoli”dən xal ala bilməyən (1:2) turinlilərin çempionatdakı 29 oyunluq (10 qələbə, 19 heç-heçə) məğlubiyyətsiz seriyası qırıldı. Maraqlıdı ki, ilk məğlubiyyətdən sonra İtaliya futbol ictimaiyyətində ölkənin ən titullu klubunun çempionluq yarışından birdəfəlik çəkildiyi düşüncəsi sənəd üzərinə toxundurulan möhür effekti verdi.
Qorxunc statistika
“Yuventus” A seriyasında sonuncu dəfə ötən il martın 30-da səfərdə “Latsio”ya minimal hesabla uduzmuşdu. Ötən on ay ərzində “qoca sinyora”da çox şey dəyişib: məşqçi korpusu, futbolçu heyəti, inkişaf kursu, ambisiya... Bir sözlə, son mövsümü Massimiliano Alleqrinin başçılığı altında 3-cü yerdə və İtaliya kuboku ilə başa vuran komandadan əsər-ələmat qalmayıb. Yox, “Yuve” hazırda heç də ortabablar və ya autsayderlərin sırasında deyil. Amma ən vacib titula mövsümün əvvəlindən real şəkildə iddia etməməsi ölkə nəhənginin nə adına, nə də şanlı keçmişinə yaraşan əlamətdi.
A seriyasının mövcud turnir cədvəlindən xəbəri olmayan istənilən şəxs sırf ilk dəfə uduzub deyə komandanın mütləq şəkildə liderlər qrupunda olduğunu və skudettoya can atdığını düşünərdi. Lakin reallıq tamamilə başqa mənzərədən xəbər verir: “ağ-qaralar” hazırda 22 oyuna 37 xalla 5-ci yeri tuturlar, çempionatda ardıcıl 7-ci qələbəsini qazanan “Napoli” isə 53 xalla liderdi.
Bəli, “Yuventus” Tyaqo Mottanın başçılığı altında çempionatda ilk dəfə məğlub oldu. Amma onun komandası hələ ki mövsümün əsas statistik anomaliyasıdı. Yəqin ki, “qoca sinyora”nın çoxsaylı pərəstişkarları sentyabr-oktyabr aralığında ilk turlardan davam edən məğlubiyyətsiz seriyaya görə ümidlənmiş, sıraları əhəmiyyətli dərəcədə yenilənən komandanın çempionluğa sonadək iddia edəcəyini düşünmüşdülər. Lakin sərgilənən oyuna diqqətlə nəzər yetirərkən Tyaqo Mottanın “Yuventus”unun skudettoya deyil, qəribə rekorda doğru irəlilədiyini də hiss etmək olardı. Daha bir neçə ay ötüb keçdi və 21-ci turun “Milan” ilə oyunu ərəfəsində turinlilərin çempionluq əmsalı 80,00-ə yüksəldi. Bu rəqəm isə 5 illik həsrətin bu il sona çatmaq ehtimalının möcüzəyə bağlı olduğunu göstərirdi. Hazırkı “Yuventus” ilə bağlı daha bir neçə dəhşət saçan statistik fakt da var:
* Komanda 2011-ci ildən sonra A seriyasında ən pis startını reallaşdırıb.
* Komanda evdə ardıcıl 3 oyunda qələbə qazana bilməyib.
* Komanda il ərzində heç-heçə oynadığı oyunların sayına görə 1956-cı ildə qeydə alınan öz rekordunu yeniləyib.

“Yuventus” rəqibləri ilə “sülh”ə razılaşmaq üzrə əvvəlki rekord göstərici ilə 1955/56 mövsümündə yadda qalmışdı. Onda 34 oyundan yarısını – 17-ni heç-heçə başa vurmuşdu. Amma həmin dövrdə qələbəyə görə 2 xal sistemi qüvvədə idi. Başqa sözlə, qələbə indiki kimi dəyərə malik deyildi. Bir də ki, “Yuventus” onda liqanın ortababı sayılırdı. Daha çox heç-heçənin qeydə alındığı mövsümlərdən biri də 2011/12 “futbol ili”di. Komanda həmin mövsüm Antonio Kontenin başçılığı altında A seriyasında 38 oyundan 15-ni bir xalla başa vurmuşdu. Amma qalan 23 oyunda qələbə qazanmaqla məğlubiyyət acısı dadmadan çempion olmuşdu!
Bəziləri ötən ilin sonlarında hazırkı “Yuventus”un 13 il əvvəlki uğurunu hardasa təkrarlaya biləcəyini ehtimal edirdi. Təsadüfə bax ki, məğlubiyyətsiz seriyaya yanvarın 25-də həmin Kontenin hazırkı komandası “Napoli” son qoydu! Başqa sözlə, 55 yaşlı mütəxəssis 42 yaşlı həmkarı Tyaqo Mottanın onun rekordunu təkrarlamasına imkan vermədi.
Müasir “Yuventus”u hələ ki qitənin 5 aparıcı liqasında ən sülhsevər komanda adlandırmaq olar. Zarafat deyil, “ağ-qaralar” 22 çempionat matçından 13-nü heç-heçə başa vurublar. “Böyük beşlik”də yalnız “Brayton” ilə “Bolonya”nın göstəricisi ikirəqəmli ədədə bərabərdi. Digər maraqlı fakt İtaliyada bu planda Tyaqo Mottanın əvvəlki komandasının 2-ci yerdə olmasıdı. Aparıcı liqalarda ən çox heç-heçə oynayan komandalara nəzər salaq:
Yuventus (İtaliya) 13
Bolonya (İtaliya) 10
Brayton (İngiltərə) 10
Osasuna (İspaniya) 9
Nant (Fransa) 9

Aydındı ki, “Yuventus” hazırda tarixlə mübarizə aparır. Ötən əsrdə qapalı oyunun uzun müddət hakim olduğu İtaliyada heç-heçə nəticələnən matçlara digər öncül liqalarla müqayisədə daha çox təsadüf edilib. Yeri gəlmişkən, bu planda inanılmaz rekordun müəllifi “Mantova”dı. Hazırda B seriyasında yarışan bu komanda 1966/67 mövsümündə keçirdiyi 34 oyunu 6 qələbə, 22 heç-heçə (!), 6 məğlubiyyət və 34 xalla başa vurub. Bu xal A seriyasında indiyədək ən yüksək sayılan 9-cu yeri tutmasına imkan verib. Belə çıxır ki, “Yuventus” bu gedişlə “Mantova”nın rekordunu azı təkrarlaya bilər. Proqnoz verməyək və mövsümün sonunu gözləyək...
Bu heyətlə çempion olmaq mümkün deyil!
Əlbəttə, nəticəyə görə ilk növbədə baş məşqçiyə sual verilir. Vaxtilə “Barselona”, “İnter” və PSJ-də özünü dayaq yarımmüdafiəçisindən başqa sanki məşqçinin meydandakı köməkçisi kimi göstərməyi də bacaran Tyaqo Mottanı hərdən Turində Alleqrinin gənc versiyası adlandırırlar. Ötən mövsüm don Massimilianonu darıxdırıcı futbola üstünlük verməkdə qınayırdılar. Onun xələfi “Bolonya” ilə son mövsümün taktiki möcüzəsini reallaşdıran məşqçidi. Braziliyada doğulsa da, bu ölkənin heç bir komandasında oynamayan Tyaqo Motta artıq hazırkı klubu ilə ilk titul qazanmaq imkanını əldən verib: “Yuventus” yanvarda ölkə superkuboku uğrunda yarımfinal oyununda “Milan”a uduzub (1:2).
O, mövcud nəticələrə görə komandanın hazırkı heyətindən gileylənə bilər? Əlbəttə! On il əvvəl ağ-qara formanı Buffon, Barzalyi, Bonuççi, Kyellini, Evra, Vidal, Pirlo, Poqba, Teves və Mancukiç kimi dünya səviyyəli oyunçular daşıyırdılar. Belə güclü heyətlə dəfələrlə İtaliya çempionu olan “Yuve” iki dəfə Çempionlar Liqasının finalında oynamışdı. Amma indi güclü heyətdən əsər-əlamət qalmayıb. Bunun əsasında isə rəhbərliyin yeni inkişaf kursu seçməsi dayanır. Pula qənaət edən boslar qüdrətli sabiq prezident Andrea Anyelli kimi Kriştiano Ronaldo səviyyəsində ulduzu Turinə gətirməyi ağıllarından belə keçirmirlər. Əksinə, klubun 2022/23 maliyyə ilində üzləşdiyi 200 milyon avrodan artıq olan itkini “sığortalamağı” ən vacib plan hesab edirlər. Bu planın nəticəsində Bonuççi, Di Mariya, Paredes, Aleks Sandro, Kuadrado, Şçensnı, Kyeza, Kostiç və Rabyo kimi yüksək maaş alan bir çox təcrübəli oyunçular indi başqa komandaların formasını daşıyırlar. Bir sözlə, “Yuventus” son ilyarım ərzində təcrübəli futbolçu baxımından çox itirib.
Hazırkı heyətdə yayda “Montsa”dan transfer edilən Di Qreqorioya ciddi irad tutmaq olmur. Ötən mövsüm A seriyasında ən yaxşı qapıçı seçilən Mikele hələ ki ümidləri doğruldur. Bremerin mövsümün əvvəlində ağır zədə alaraq yaya qədər sıradan çıxmasından sonra müdafiədə əsas güc Qatti, Kalulu, Kambyaso və Savonanın üzərinə düşür. Arxa xəttin ortabab oynadığını söyləmək olar: çempionatın 22 oyununda 19 top buraxılıb. Orta xətdə Lilian Türamın oğlu Kefren, Lokatelli, Koopmeyners, Mbanqula və Makkenni daha çox şans qazanan oyunçulardı. Hücumda isə əsasən Yıldız, Konseysao və Vlahoviç rəqib qapısına yol tapmağa çalışırlar. Bu ampluada daha bir əfsanəvi futbolçu Corc Veanın oğlu Timoti də çıxış edir. Hücumun gücü ortadan bir az yüksək səviyyədədi: 22 oyunda 35 qol vurulub. Heyətin əsasını yaşı 24-dən artıq olmayan futbolçular təşkil edir. Bu baxımdan Tyaqo Mottanın yetərincə gənc komanda ilə işlədiyi aydındı.
Başqa cür ola da bilməzdi! Bir qədər əvvəl rəhbərliyin maliyyə itkisinin əvəzini vermək üçün yüksək maaş alan əksər oyunçularla vidalaşdığını qeyd etdik. Heyətdə qalan azsaylı təcrübəlilərdən Daniloya mövsümün ortasındaca qapı göstərilib. Baş məşqçi mövcud reallıqları nəzərə almalıdı. Yəni az maaşa qane olan gənc futbolçulara ilk növbədə uduzmamağı öyrətməyə məcburdu. Etiraf edək ki, işə bu anlayışla yanaşma əsla böyük kluba yaraşan əlamət deyil! Əlbəttə, A seriyasında “Latsio” (1:0) və “Milan” (2:0), Çempionlar Liqasında “Mançester Siti” (2:0) üzərində qələbələr komandanın qalib gəlmək bacarığına malik olduğunu da göstərir. Lakin qələbələrin sayı heç-heçələrdən aşkar geri qalır. “Empoli”, “Kalyari”, “Venetsiya” və “Leççe” kimi ambisiyası yüksək olmayan rəqiblərdən yalnız bir xal alması İtaliyanın ən titullu komandasını artıq mövsümün ortasında skudetto yarışından geri çəkilməyə məcbur edib. Asan olmayan yenidənqurma nəticəsində formalaşan reallığı bu cümlə ilə ifadə etmək olar: bu “Yuventus” skudettoya deyil, “Mantova”nın rekorduna doğru gedir...
Sitat
Tyaqo Motta (“Napoli”yə məğlubiyyətdən sonrakı açıqlaması):

“Məğlubiyyətə görə təəssüflənirəm. Ona görə ki, cədvəldə təsadüfən lider olmayan komandaya qarşı ilk hissəni yaxşı keçirdik. Fasilədən sonra çətinliklərlə üzləşdik və məhz bu səbəbdən qalib gələ bilmədik. Bir çox digər matçlarda çətinliklərə sona qədər sinə gərə bilmişdik, amma bu dəfə alınmadı. “Yuventus” 2019-cu ildən sonra Neapolda qələbə qazana bilməyib, bura bizim üçün heç də asan meydan sayılmır. Odu ki, gəlin, bundan sonrakı matç haqda düşünək. Problem heç də xarakter çatışmazlığında deyil: ilk hissədə rəqibə çətinliklər yaratdıq. Ancaq Brüggedə çox enerji itirmişdik, bu gün ikinci hissədə yorğunluq bizə mane oldu”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri