Icma.az
close
up
RU
Asif Məmmədov: Çoxları fikirləşir ki, Qəbələ artıq Premyer Liqanı düşünür

Asif Məmmədov: Çoxları fikirləşir ki, Qəbələ artıq Premyer Liqanı düşünür

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

- "Qəbələ"nin futbolçusu Asif Məmmədovun Sport24.az-a müsahibəsi

- I Liqada mövsümün ikinci yarısı start götürüb. XII turda "Baku Sportinq"lə qolsuz heç-heçə etdiniz. Komanda çempionata necə hazırlaşıb?

- İki yoxlama oyunu keçirmişik. Həmin matçlar yaxşı keçdi. Mikro zədəli oyunçularımız var. Onları çıxmaq şərti ilə hər şey qaydasındadır. Mövsümün qalan hissəsinə daha məsuliyyətli hazırlaşmışıq. Bilirik ki, çempionatda qalmaq istəyən komandalar bizə problem yarada bilər. Çempionluğa oynayan digər iki kollektivi də nəzərə almalıyıq. Dörd xallıq fərq o demək deyil ki, biz Premyer Liqaya vəsiqəni təmin etmişik. Çoxları fikirləşir ki, "Qəbələ" artıq Premyer Liqanı düşünür. Amma belə deyil. I Liqa çətindir. Stadionların vəziyyətinin nə vəziyyətdə olduğunu bilirsiniz. Ev oyunlarımızı çıxmaq şərti ilə. Burada qətiyyən boşalmaq olmaz. Hələlik hər şey istədiyimiz kimidir. 

- Premyer Liqada, avrokuboklarda yetəri qədər matça çıxmısan. Bu mövsüm isə I Liqada oynayırsan. Çempionatda səni nə təəccübləndirdi?

- Qeyri-adi, təəccüblü bir şey yoxdur. Əsas stadionların bərbad olması məni futbola yeni başladığım dövrə qaytardı. Hətta onda indikindən bir az yaxşı idi. 20 il keçib, I Liqa eyni səviyyədə qalıb. 2002/2003 mövsümündə də I Liqada oynamışdım. Altı aylıq təcrübəm var idi. Onda nə vəziyyətdə idi, indi də elədir. Futbol baxımından Premyer Liqa ilə fərq həddindən artıq böyükdür. Bəzi ölkələrdə aşağı dəstə komandaları əsas çempionatda çıxış edən kollektivi büdrədə bilir. Amma bizdə hələlik o şans yoxdur. 

- Səncə, "Qəbələ" liderliyi sonadək davam etdirə biləcək?

- Bizdə olan şəraitə görə buna borcluyuq. Klub rəhbərliyinin etdiklərinə görə nəticə qazanmalıyıq. Çünki şəraitimiz yüksək liqa səviyyəsindədir. Hətta deyərdim ki, ötən mövsümdəkindən yaxşıdır. Amma meydanda öz sözümüzü deməliyik. Hər şey maddiyatla ölçülmür. Pis oynadığmızı deməzdim. Çətinliyimiz də yoxdur. Qapımızda qol da görməmişik. 

- 12 qarşılaşmada qapını toxunulmaz saxlamısınız. Səncə, bu, nə vaxtadək davam edər?

- Məndən olsa, axıra kimi (gülür). Amma bu, futboldur. Məğlub olursan, qapında qol görürsən. Belə halların baş verə biləcəyini bilirik. Amma elə şeylər olsa, ruhdan düşməyəcəyik. Uduza va qapımızda qol görə bilərik. Bunları nəzərə almışıq. Amma ruhdan düşməyəcəyik. 

- Baş məşqçi mövsümün ilk yarısında sənə elə də çox şans verməyib. XII turda da sonradan meydana daxil oldu. Bunun səbəbini nədə görürsən?

- Zədəm də var idi. Heyət qalib gəlirsə, məğlub olmursa, dəyişikliyə ehtiyac yoxdur. Cavanlar oynayır, yaxşı gediriksə, onlarla davam edək. Mən də yavaş-yavaş istirahətə başlayım. Nə qədər oynamaq olar? (Gülür)

- Karyeranı bitirməyi düşünürsən?

- Bunu zaman göstərəcək. Amma yəqin ki, sonlarına yaxındır. Hər şeyin başlanğıcı və sonu da var. Üzü sulu bitirsək, daha yaxşı olar. Sözü düzü, bu mövsüm də karyeramı bitirə bilərdim. Başqa klublardan təkliflər də var idi. Amma "Qəbələ"ni bu vəziyyətdə qoyub gedə bilməzdim. Bəlkə kimlərsə fikirləşə bilər ki, hansısa pula görə I Liqada qalıb. Amma onu da deyim ki, ondan da yüksək məğləğlər təklif olunmuşdu. Amma heç birin seçmədim. 11 ildir bu klubdayam. Bu il komandada oynamaq yox, ağsaqqal kimi qalmağı seçdim. Cavan oyunçular var, onlara yön göstərmək lazımdır. Sağ olsunlar, hamısı necə lazımdır sözə qulaq asırlar. Baş məşqçi başqa, komandanın içində liderin olması başqadır. 

- Yenidən Premyer Liqada iştirak etdikdən sonra karyeranı bitirəcəksən? Yoxsa mövsümün sonunda?

- O da ola bilər. Hansısa matçda vidalaşım. Bunları zaman göstərəcək. Onu mayda danışarıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri