Icma.az
close
up
RU
AŞPA Azərbaycandan sonra Gürcüstanı hədəf aldı: Əsas tələbləri belədir Seyidov detalları açıqladı

AŞPA Azərbaycandan sonra Gürcüstanı hədəf aldı: Əsas tələbləri belədir Seyidov detalları açıqladı

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsində Gürcüstanla bağlı məsələlərin gündəliyə çıxarılması təsadüfi deyil. Görünür, AŞPA özünü məhv etməkdə qərarlıdır. AŞPA-nın Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməklə bağlı çağırışları bunu təsdiq edir.

Bunu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“AŞPA-nın İsveçdən olan deputatı Boriana Oberq Avropa Xalq Partiyası siyasi qrupu adından Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı çıxış edib. Boriana Oberq Ermənistan üzrə məruzəçi, İrəvanın əsas havadarlarındandır. Ona görə də bu məsələdə heç bir təsadüf yoxdur”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, Qərbdəki dairələrin Cənubi Qafqazda dedikləri olmadığına görə, vəziyyəti gərginləşdirirlər: “Azərbaycan və Gürcüstanla bağlı olanlar bunu təsdiq edir. AŞPA kimi qurumların bölgədə istinad etdiyi ölkə Ermənistandır. Onlar həmişə İrəvanı dəstəkləyiblər. İndi də Ermənistandan istifadə edib, bölgədə vəziyyəti gərginləşdirmək istəyirlər”.

Səməd Seyidov vurğulayıb ki, AŞPA-da Gürcüstanla bağlı məsələ müzakirəyə çıxarılan zaman ona ilk reaksiya verənlərdən biri almaniyalı deputat Frank Şvabe oldu: “Bütün bunlar onun göstərir ki, AŞPA ilə konstruktiv dialoq aparmaq mümkün deyil. Onların məqsədi gərginlik yaratmaq, müdaxilə etməkdir. Misal üçün Suriyada proseslər normallaşmağa başlayan kimi AŞPA-da bununla bağlı fövqaladə iclas qərarı verildi. İddia qaldırdılar ki, Suriyada xristianların və digər milli azlıqların, yəni ermənilərin vəziyyəti diqqətdə saxlanılmalıdır. Bütün bunlar AŞPA-nın mahiyyətini göstərir. Ona görə də Azərbaycan AŞPA ilə bağlı düzgün qərar verib. AŞPA normal davranış göstərməyənə qədər Azərbaycan bu təşkilatda fəaliyyətini davam etdirməyəcək”.

Qeyd edək ki, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış plenar iclasının açılış günündə Gürcüstanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təşəbbüs irəli sürülüb. AŞPA-nın İsveçdən olan deputatı Boriana Oberq Avropa Xalq Partiyası siyasi qrupu adından Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı çıxış edib. Məsələ ilə bağlı müzakirələr yanvarın 29-da keçiriləcək.

Xatırladaq ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri