Icma.az
close
up
RU
Assosiasiyalar nə işlə məşğuldur? Fəal olanları da var, adı olub, özü olmayanları da… ARAŞDIRMA

Assosiasiyalar nə işlə məşğuldur? Fəal olanları da var, adı olub, özü olmayanları da… ARAŞDIRMA

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, son illər Azərbaycanda assosiativ birliklərin fəaliyyətinə maraq artıb. İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə kordinasiyalı fəaliyyət göstərən peşə birliklərinin fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunla tənzimlənir.

Üzvlərin maraq və mənafelərinin qoruması, qanunvericiliyin təkmilləşdirilməsində iştirak, sektorda keyfiyyət standartlarının artırılması,  təcrübə və bilik mübadiləsi, könüllü intizam tədbirlərinin həyata keçirilməsi, lobbiçilik, sosiallaşma, bir sözlə, faydalı və qarşılıqlı münasibətlərin təşviqi məqsədilə fəaliyyət göstərməli olan bu qurumlar üzvlərinin həm peşəkar, həm də fərdi inkişafına dəstək göstərir. Onların cəmiyyət və biznes mühitində daha güclü təmsil olunmasına şərait yaradır. İnkişaf etmiş ölkələrdə ticari birliklər ciddi təsir imkanlarına malikdir və sektorun tənzimlənməsində bilavasitə iştirak edirlər.

Qeyd etdiyimiz kimi, Azərbaycanda da belə qurumların fəaliyyətinə maraq artıb və demək olar ki, əksər sahələrdə kollektiv ticari birliklər mövcuddur. Mövcud Azərbaycan reallığında isə, onları üç kateqoriyaya bölmək olar – ticari və tibbi assosiasiyalar, biznes klubları. Sonuncu, yəni, biznes klubları daha çox üzvlərin gəlirliliyinin təmin olunmasına xidmət göstərir.

APress.az bu dəfə Azərbaycanda fəaliyyət göstərən ticari assosiasiyalar haqqında araşdırma aparıb.

Arşaşdırma zamanı məlum olub ki, Azərbaycanda onlarla belə qurum mövcuddur. Onlardan bəziləri aktiv olsa da, bəziləri formal xarakter daşıyır və faktiki olaraq heç bir fəaliyyətləri yoxdur.

Azərbaycan Banklar Assosiasiyası (ABA) dövlət müstəqilliyi əldə edilməmişdən qabaq, 1990-cı ildə 10 bank tərəfindən təsis edilib. 1999-cu ildən Azərbaycan Banklar Assosiasiyası adı altında fəaliyyətdədir və 22 bank və 3 qeyri-bank kredit təşkilatı, habelə Azərpoçt, Azərbaycan Kredit Bürosu, “Azericard “və “Millikart”  şirkətləri ABA-nın kollektiv üzvləridir. Quruma “Rabitəbank”ın İdarə Heyətinin sədri Zakir Nuriyev rəhbərlik edir. ABA fəaldır və hökumətin bank siyasətinin həyata keçirilməsində də yaxından iştirak edir.

Azərbaycan Sığortaçılar Assosiasiyası ölkəmizin sığorta bazarında fəaliyyət göstərən 18 sığorta şirkəti, 1 təkrarsığorta şirkətini öz ətrafında birləşdirir və 2006-cı ildən fəaliyyətdədir. Qurumun Müşahidə Şurasının sədri “PAŞA Sığorta”nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, icraçı direktoru isə Elmir Mirsalayevdir. İnsaf naminə deməliyik ki, bu qurumda kifayət qədər fəaldır.

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının 250-dən artıq üzvü var. Quruma “Mətanət A” şirkətinin təsisçisi Elxan Bəşirov rəhbərlik edir. Fəaliyyətləri də kifayət qədər aktiv qiymətləndirilə bilər.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası 150-yə yaxın müəssisəni sıralarında cəmləşdirib. Quruma Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sabiq rəisi Həbib Həsənov rəhbərlik edir. Aktiv fəaliyyət göstərən assosiasiyalardan hesab olunur.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası müxtəlif sahələrdən olan yüzlərlə sahibkar qadını bir araya gətirib. Quruma “Bakı Tekstil Fabriki”nin təsisçisi Səkinə Babayeva rəhbərlik edir. Fəal assosiativ təşkilatlardan biridir.

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasına Emin Dostyari rəhbərlik edir. Kifayət qədər fəal qurumlardan biridir və bu günə qədər çoxsaylı layihələr icra edib. Mətbuatla da sıx əməkdaşlıq edir.

Azərbaycan Ticarət Şəbəkələrinin İnkişafı Assosiasiyasının üzvləri ölkəmizin aparıcı marketlər şəbəkələridir. Quruma Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İctimai Şurasının sədri Samir Abdullayev rəhbərlik edir. Fəallığı ilə seçilən ticari birliklərdən biridir.

Azərbaycan Gömrük və Logistika Assosiasiyası 3 dövlət qurumu ilə kordinasiyalı fəaliyyət göstərir və 30 şirkəti öz ətrafında cəmləşdirir. Quruma Vüsal Qasımov rəhbərlik edir. Çoxsaylı layihələr icra edərək, mühüm tədbirlərdə əsas tərəfdaş qismində çıxış edib.

Azərbaycan Pərkanəndə Geyim İdxalçıları Assosiasiyası da aktiv ticari birliklərdən biridir. Fərid Novruzinin rəhbərlik etdiyi bu təşkilat onlarla geyim idxalçısını öz ətrafında birləşdirir. Fəaliyyətləri ilə bağlı mətbuatda mütəmadi informasiyalar dərc edilir.

Kiçik və Orta Biznes Subyektlərinin Assosiasiyası da uzun müddətdir fəaliyyətdədir və fəallığı ilə seçilir. Quruma Ramin Şərifov rəhbərlik edir. Assosiasiyada fərqli sektorlarda fəaliyyət göstərən yüzlərlə kiçik və orta biznes nümayəndəsi təmsil olunur.

Yeni yaranmasına baxmayaraq, Azərbaycan Xaricdə Təhsil Şirkətləri Assosiasiyası da fəallığı ilə seçilir. Sektorun əsas iştirakçılarını ətrafında cəmləyən bu assosiasiyanın rəhbəri Bəxtiyar Nəcəfovdur.

Digər aktiv assosiasiyalar:

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası  – Müşahidə Şurasının sədri Rüfət Mahmud, İdarə Heyətinin sədri Günay Şahbazova.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası – sədri Elvin Babacanov.

Azərbaycanda Özəl Təhsil Müəssisələrinin Assosiasiyası – sədri Heydər Eminli

Azərbaycan Müstəqil Sənayeçi və İş Adamları Assosiasiyası – sədri Rəşad Cabirli

Azərbaycan Mikromaliyyə Assosiasiyası – Müşahidə Şurasının sədri Cəlal Əliyev, İdarə Heyətinin sədri Jalə Hacıyeva.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası – sədri Fərhad Qaraşov

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası – sədri Mürvət Həsənli

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası – sədri Şaiq Qəribzadə

Azərbaycan Nəşriyyat Qurumları Assosiasiyası – sədri Şəmil Sadiq

Azərbaycan Meyvə-Tərəvəz Assosiasiyası – sədri Bəşir Quliyev

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası – sədri Zemfira Ağayeva

Faktiki fəaliyyəti müşahidə edilməyən assosiasiyalar:

Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası – sədri Nemət Seyfullayev

Azərbaycan Fındıq İstehsalçıları Assosiasiyası – sədri İsmayıl Orucov

Azərbaycan Zərgərlər Assosiasiyası – sədri Toğrul Abbasquliyev

Azərbaycan Arıçılar Assosiasiyası – sədri Bədrəddin Həsənov

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası – sədri Nuriyyə Novruzova

Azərbaycan Tingçilər Assosiasiyası – Zəfər Novruzov

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası – sədri Fərid Məmmədov

Azərbaycan Təhsil İdarəçiləri Assosiasiyası – sədri Elnur Mirzəzadə

Azərbaycan Ət Məhsulları Assosiasiyası – sədri Fuad Qulubəyov

Azərbaycan Gübrə İstehsalçıları Assosiasiyası – sədri Əbdülhüseyn Abdullayev.

Yekunda qeyd edək ki, bir çox assosiasiyaların rəhbərliyi yüksək vəzifələrə irəli çəkiliblər. Misal üçün, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. 2025-ci ildə keçirilən parlament seçkilərində Yasamal rayonundan deputat seçilən Göydəniz Qəhrəmanov da Azərbaycan Turizm Təşkilatları Assosiasiyasının sədridir.

// Azər Niftiyev, APress.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri