Astanada dron qadını pəncərədən uzaqlaşmağa çağırdı Parada hazırlıq gizli şəraitində aparılır (VİDEO) KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın paytaxtı Astanada keçiriləcək hərbi paradın məşqi zamanı maraqlı hadisə baş verib. 20-ci mərtəbəyə qalxan bir dron üzərindəki səsucaldıcı vasitəsilə pəncərəyə yaxınlaşan qadına “pəncərədən uzaqlaşın” əmri verib.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxt sakinlərinin yaydığı məlumatlara görə, paradın məşqləri ciddi nəzarət altında və yüksək səviyyədə məxfilik şəraitində keçirilir. Müşahidə, videoçəkiliş və sızma ehtimallarının qarşısını almaq üçün xüsusi texnologiyalardan istifadə olunur, o cümlədən bu cür xəbərdarlıq edən dronlardan.
Məlumata əsasən, parad yalnız televiziya vasitəsilə yayımlanacaq və ictimaiyyətə açıq şəkildə keçirilməyəcək. Ekspertlər bunu təhlükəsizlik və informasiya nəzarəti səbəbilə həyata keçirilən addım kimi şərh edirlər.
Qeyd edək ki, Astanada bu tip texnologiyaların istifadə edilməsi dövlət tədbirlərində nəzarət mexanizmlərinin sərtləşdirildiyini göstərir və gələcəkdə regionda bu kimi hallar daha geniş miqyas ala bilər.
Natiq SƏLİM,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















