Astarada torpaq sürüşməsi baş verib
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Astarada torpaq sürüşməsi baş verib.
"Report"un cənub bürosunun məlumatına görə torpaq sürüşməsi rayonun Vaqo kəndində baş verib.
Sürüşmə nəticəsində çay kənarındakı beton bəndlər dağılıb. Nəticədə kənd yolunun bir hissəsi də dağılıb.
Vəziyyətlə bağlı əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür, texnika vasitəsi ilə çayın məcrası dəyişdirilir. Astara Su Melorasiya sistemləri idarəsinin baş mühəndisi Fərid Yusifovun sözlərinə görə problemin aradan qaldırılması o qədər də asan deyil.
"Layihə İnstutunun və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ərazidə layihələndirmə işləri həyata keçirməlidirlər.Torpağın erroziyaya uğraması nəticədə 70-ci illərdə tikilmiş bust bəndlərin 17 ədədi çaya aşıb. Digər 5 bəndə də ciddi ziyan dəyib. Bununla bağlı məsələyə aydınlıq gətirmək üçün Astara Su Melorasiya sistemləri idarəsinin mütəxəssisləri əraziyə təhkim olunub. Hazırda idarənin ekskovatoru ilə çay məcrasının səmti dəyişdirilir ki, həmin əraziyə daxil olub, bust bəndlərin ətrafı təmizlənsin"
Sürüşmə səbəbindən ensizləşən yolda təhlükəsizlik tədbirləri görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















