Icma.az
close
up
RU
Maktominey “Mançester Yunayted”ə qayıda bilər

Maktominey “Mançester Yunayted”ə qayıda bilər

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın “Napoli” futbol komandasının yarımmüdafiəçisi Skott Maktominey 2027-ci ildə İngiltərə Premyerliqasına qayıda bilər. Şotlandiyalı futbolçunun keçmiş komandası “Mançester Yunayted” də mümkün transfer variantları arasındadır.

İdman.Biz “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun Neapol təmsilçisi ilə yeni müqavilə danışıqları istənilən nəticəni vermir. Tərəflər arasında razılıq əldə olunmadığından Maktomineyin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Futbolçunun vasitəçiləri artıq 2027-ci il üçün mümkün transfer variantlarını araşdırırlar. İngiltərənin “Mançester Yunayted” futbol klubunun rəhbərliyi də keçmiş yarımmüdafiəçisini geri qaytarmaq imkanından xəbərdar edilib. Klub bu variantı istisna etmir.

“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettinonun rəhbərliyi altında heyətdə ciddi dəyişikliklər planlaşdırılır. Xüsusilə yarımmüdafiə xəttinin gücləndirilməsi əsas prioritetlərdən biridir. Kapitan Brunu Fernandeşin gələcəyinin qeyri-müəyyən olması da bu mövqedə dəyişiklik ehtimalını artırır.

Lakin Maktomineylə yalnız keçmiş komandası maraqlanmır. İngiltərənin “Çelsi”, İtaliyanın “Milan” və “Yuventus” futbol komandaları da şotlandiyalı oyunçunun vəziyyətini izləyirlər. Səudiyyə Ərəbistanından bir neçə klubun da futbolçunun mümkün transferinə maraq göstərdiyi bildirilir.

“Napoli” isə Maktomineyi komandada saxlamaq istəyir. İtaliya çempionu onunla yeni müqavilə bağlamağı planlaşdırsa da, danışıqlarda hələlik irəliləyiş yoxdur.

Şotlandiyalı futbolçu özü də bütün variantları nəzərdən keçirməyə hazırdır. O, İtaliyada qalmaq imkanını istisna etmir, lakin İngiltərə Premyerliqasına qayıtmağa da müsbət yanaşır.

Qeyd edək ki, Maktominey 2024-cü ilin yayında “Mançester Yunayted”dən “Napoli”yə keçib. O, İngiltərə təmsilçisinin akademiyasında yetişərək əsas komandaya qədər yüksəlib. İtaliyaya transferindən sonra isə Neapol klubunun aparıcı futbolçularından birinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri