Tereza Meydən Britaniyanın Baş nazirinə xəbərdarlıq
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, T.Mey bu barədə BBC-yə müsahibəsində bildirib.
O, E.Bernemin Aİ-yə qayıdışla bağlı danışıqlar barədə fikirlərini təəccüblə qarşıladığını deyib:
"Baş nazir olduğum dövrdə seçicilərin referendumdakı iradəsini yerinə yetirməli olduğumuzu açıq bildirirdim. İnsanlar "Breksit"ə səs veriblər və bu, artıq baş tutub. Sadəcə bunu qəbul edin və irəli gedin".
Sabiq hökumət başçısı E.Bernemi britaniyalıları Aİ ilə münasibətlər mövzusunda yenidən referendum keçirməyə razı salmağa çalışmaqda və seçicilərin əvvəlki səsvermədə səhv etdiklərini təlqin etməkdə günahlandırıb.
Qeyd edək ki, iki gün əvvəl baş tutan Böyük Britaniya – Aİ sammitindən sonra E.Bernem ittifaqla gələcək münasibətlərin qurulması variantlarını müzakirə etmək niyyətində olduğunu açıqlayıb. "The Times" qəzeti isə hökumət başçısının Britaniyanın Aİ-yə qayıtmalı olduğuna inandığını yazıb.
Xatırladaq ki, Böyük Britaniya 2016-cı il referendumunun nəticələrinə əsasən 2020-ci il fevralın 1-də Aİ-ni rəsmi olaraq tərk edib.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















