Astronomlar insan gözünə yaşıl görünə bilən ilk ulduzu aşkar ediblər
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Uorvik Universitetinin astronomları insan gözü üçün yaşıl rəngdə görünə bilən ilk ulduzu müəyyən etdiklərini açıqlayıblar. Tədqiqatın nəticələri “RAS Techniques and Instruments” jurnalında dərc olunub.
WD J1330+6435 adlandırılan obyekt ağ cırtdanlar sinfinə aiddir. Onun səthinin temperaturu təxminən 4 000 dərəcə Selsidir. Ulduzun yaşılımtıl çalara sahib olması onun qeyri-adi atmosferi ilə əlaqələndirilir. Planet sistemindən ulduzun üzərinə düşən daşlı maddələr atmosferini kalium, litium və natrium kimi elementlərlə zənginləşdirib.
Tədqiqatın rəhbəri doktor Mark Holland bildirib ki, bu olduqca sıx ulduzların gözlənilməz rənglərdə görünə bilməsi alimləri təəccübləndirib.
Bəs bu ulduzlar niyə indiyədək müşahidə edilməyib? Ağ cırtdanlar çox uzaqda yerləşdiyindən onları adi gözlə görmək mümkün deyil. Alimlər ulduzların spektrlərini təhlil edərək rənglərini hesablayıb, daha sonra insan gözünün rəng qavrayış modelindən istifadə etməklə onların vizual görünüşünü simulyasiya ediblər.
Araşdırma zamanı tədqiq edilən 151 ağ cırtdandan beşinin qeyri-adi rənglərə sahib ola biləcəyi müəyyənləşdirilib. Yaşıl rənglə yanaşı, bu ulduzların çəhrayı, firuzəyi, sarı və bənövşəyi çalarlarda da görünməsi mümkündür.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Oktyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















