Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Avqustu belə keçirin ki, payızda peşman olmayasınız Mütləq oxuyun

Avqustu belə keçirin ki, payızda peşman olmayasınız Mütləq oxuyun

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yayın son ayı, avqust orqanizmin, ailənin, evin və büdcənin payıza hazırlanması üçün ən əlverişli vaxtlardan sayılır. Bu ayı necə yaşamalı, nə yeməli, nə qədər istirahət etməli və sentyabra hazırlığa nə vaxt başlamalıyıq?

Bu yazıda sizə ABŞ, Almaniya, Fransa, İngiltərə, Türkiyə, Yaponiya və digər ölkələrdə insanlar yayın sonunu necə keçirirlər, təcrübəsini çatdırcağıq.

Bu gün 10 avqust 2026-cı ildir. Yayın bitməsinə hələ vaxt var. Qarşıda dənizə getmək, istirahət etmək, rayonlara üz tutmaq, ailə ilə vaxt keçirmək üçün kifayət qədər gün qalır. Amma avqustun özünəməxsus bir xüsusiyyəti var, bu ay insan sanki iki mövsümün arasında yaşayır. Bir tərəfdə yay, tətil, dəniz və istirahət, digər tərəfdə isə sentyabr, məktəb, iş, yeni xərclər və yenidən sürətlənəcək həyat. Buna görə avqustu yalnız “yayın son ayı” hesab etmirlər, avqust əslində payızın necə keçəcəyini müəyyənləşdirən hazırlıq ayıdır.

İndi qrşımıza sual çıxır, qarşıdakı üç həftəni necə keçirmək lazımdır?


Tətilə getməyənlər nə etsin?

İstirahət deyəndə çoxlarının ağlına ilk növbədə xarici ölkəyə səfər, hotel və ya bahalı kurort gəlir. Halbuki insanın dincəlməsi üçün mütləq böyük xərc çəkməsi tələb olunmur. Bir neçə günlük rayon səfəri, bağda qalmaq, dənizə getmək, axşam gəzintiləri, ailə ilə birlikdə vaxt keçirmək, kitab oxumaq, sosial şəbəkələrdən və iş telefonundan müəyyən müddət uzaqlaşmaq da real istirahətdir. Əsas məsələ beynə və bədənə fasilə verməkdir. Əgər məzuniyyət imkanınız yoxdursa, heç olmasa həftəsonlarını iş həftəsinin davamına çevirməməyə çalışmaq olar. Çünki payıza yorğun daxil olmaq sentyabrda məhsuldar işləməkdən vaz keçmək anlamına gəlir.

Avqustda işləmək lazımdır, yoxsa dincəlmək?

Bilmək lazımdır, ən düzgün variant bunlardan birini seçməklə bitmir, əsas odur balans yarada biləsən.

Avqustun ilk və orta hissəsi istirahət üçün əlverişli olduğu halda, ayın sonuna yaxın gündəlik rejimi tədricən bərpa etmək faydalıdır. Məsələn, məzuniyyətdən sonra bazar ertəsi işə başlayacaq insanın bazar gecəsi birdən-birə tez yatmağa çalışması əvəzinə, yuxu rejimini bir neçə gün əvvəldən dəyişməsi daha rahat ola bilər. Eyni qayda məktəblilərə də aiddir. Yay boyunca gecə gec yatıb səhər gec oyanan uşağın sentyabrda bir gündə məktəb rejiminə keçməsi çətin ola bilər. Ona görə avqustun ikinci yarısından yuxu və oyanma vaxtını tədricən nizamlamaq daha məqsədəuyğundur.


Avqustda süfrədə nə olmalıdır?

Yayın son ayının üstünlüklərindən biri mövsümi tərəvəz və meyvələrin bolluğudur. Pomidor, xiyar, bibər, göyərti, bostan məhsulları, müxtəlif meyvələr gündəlik qidalanmanı daha rəngarəng etməyə imkan verir. Lakin əsas prinsip təkcə “çox meyvə yemək” deyil. Qidalanma müxtəlif və balanslı olmalıdır. Tərəvəz və meyvələrlə yanaşı, paxlalılar, yumurta, balıq və digər zülal mənbələri, uyğun süd məhsulları da rasionda yer ala bilər. İsti havalarda isə ən vacib məsələlərdən biri kifayət qədər maye qəbuludur. Həkimlərin ümumi tövsiyəsi budur ki, xüsusilə isti günlərdə susamağı gözləmədən müntəzəm su içmək lazımdır.

Ancaq hamıya eyni miqdarda su tövsiyə etmək düzgün olmazdı. Yaş, fiziki fəaliyyət, hava şəraiti və sağlamlıq vəziyyəti insanın maye ehtiyacını dəyişir. Xüsusi xəstəliyi olan şəxslər isə fərdi həkim tövsiyəsinə əməl etməlidirlər.

Günəş altında “dözmək” qəhrəmanlıq deyil

Avqustun ən ciddi problemlərindən biri yüksək temperaturdur. İnsanlar məhz tətil dövründə açıq havada, çimərlikdə və günəş altında daha çox vaxt keçirirlər. Həkimlərin və beynəlxalq səhiyyə qurumlarının tövsiyələrində isti günlərdə günün ən isti saatlarında ağır fiziki fəaliyyəti azaltmaq, kölgədən istifadə etmək, uyğun yüngül geyim seçmək və maye qəbuluna diqqət yetirmək xüsusi vurğulanır. Yaşlı insanlar, azyaşlı uşaqlar, açıq havada çalışanlar və bəzi xroniki xəstəlikləri olan şəxslər yüksək temperaturdan daha çox təsirlənə bilərlər. Yəni istiyə mümkün qədər çox “dözmək” məqsəd olmalı deyil, istidən düzgün qorunmaq lazımdır.

Evi də sentyabra hazırlamaq lazımdır

Payıza hazırlıq yalnız məktəbli uşağı olan ailələrə aid məsələ ilə məhdudlaşmır. Avqust evdə kiçik bir “inventarizasiya” aparmaq üçün yaxşı zamandır. Suallar çıxır, payız üçün hansı geyimlər var, nə almaq lazımdır?

Uşağın məktəb ləvazimatlarından hansıları keçən ildən qalıb? Evdə hansı əşyalar artıq istifadə edilmir? Kondisioner və digər məişət avadanlıqlarına baxış lazımdırmı? Sentyabrda ailənin əsas xərcləri nə olacaq?

Bunları əvvəlcədən müəyyənləşdirmək payızın ilk ayında yaranan maliyyə və məişət gərginliyini azalda bilər. Ən vacibi isə alış-verişə siyahı ilə getməkdir. Çünki sentyabra hazırlıq “nə görürəmsə alım” kampaniyasına çevriləndə ailə büdcəsinə əlavə yük yaranır.


Ailə üçün avqustun ən qiymətli tərəfi

İlin böyük hissəsində valideynlər işdə, uşaqlar məktəbdə və ya müxtəlif məşğələlərdə olurlar. Avqust ailənin birlikdə daha çox vaxt keçirə bildiyi nadir dövrlərdəndir. Bunun üçün də mütləq bahalı səyahət tələb olunmur. Birlikdə səhər yeməyi, axşam gəzintisi, şəhərdən kənara birgünlük səfər, qohumları ziyarət etmək, evdə film izləmək və ya birlikdə yemək hazırlamaq belə ailə üçün yadda qalan istirahətə çevrilə bilər.

Burada vacib bir detal da var, tətil sosial şəbəkələr üçün edilmir, insanın özü üçün olmalıdır. Başqalarının harada istirahət etdiyinə baxıb öz yayını uğursuz hesab etmək yanlışdır.

ABŞ-da avqust, məktəbə dönüş başlayır

ABŞ-da məktəb təqvimləri ştat və rayonlara görə fərqlənir. Buna baxmayaraq, avqust bir çox ailə üçün “back to school”, məktəbə qayıdış dövrü ilə assosiasiya olunur. Ailələr dərs ləvazimatlarını, geyimi, uşaqların gündəlik rejimini və yeni tədris ili üçün ailə qrafikini əvvəlcədən planlaşdırırlar. Bu modeldən götürüləcək faydalı cəhət sadədir, hazırlığı son günə saxlamamaq.

Almanların üstünlüyü, planlılıq

Almaniyada məktəb tətillərinin vaxtı federal torpaqlara görə dəyişir. Bu səbəbdən bütün ölkə eyni gündə tətilə çıxıb eyni vaxtda geri qayıtmır. Alman həyat tərzində diqqət çəkən əsas cəhətlərdən biri planlılıqdır. Məzuniyyətin vaxtı, səfər, məktəbə dönüş və ailə büdcəsi mümkün qədər əvvəlcədən planlaşdırılır.

Azərbaycan ailələrinin də götürə biləcəyi ən yaxşı vərdişlərdən biri məhz budur.

Fransızların məşhur “la rentrée”si

Fransada yaydan sonrakı dövrü ifadə edən maraqlı anlayış var, “la rentrée”. Bu, yay fasiləsindən sonra məktəbin, iş həyatının, mədəniyyətin və ümumilikdə cəmiyyətin yenidən aktiv ritmə qayıtmasını ifadə edir.

Bu yanaşmanı da Azərbaycan üçün də tətbiq etmək mümkündür.

Yəni sentyabrı yalnız “məktəblər açılır” ayı kimi qəbul etmək yanlışdır, sentyabrı bütün ailə üçün yeni mövsümün başlanğıcı kimi qəbul etmək.


İngiltərə nə edir?

İngiltərədə avqust məktəblilərin yay tətilinin mühüm hissəsinə düşür. Sentyabr yaxınlaşdıqca isə ailələrin diqqəti yeni dərs ilinə yönəlir. Burada da əsas məntiq istirahətdən məktəb və iş rejiminə mərhələli keçməkdir.

Türkiyə bizə daha yaxındır

Türkiyədə avqust dəniz, sahil turizmi, ailəvi istirahət və şəhərlərdən bölgələrə səfərlərin intensiv olduğu dövrdür. Ayın sonuna yaxın isə böyük şəhərlərə dönüş və məktəb hazırlığı aktuallaşır. İqlim və ailə həyatındakı müəyyən oxşarlıqlar səbəbindən bu model Azərbaycana daha tanış görünür. Əsas məsələ yayın son günlərini yaşamaqla yanaşı, sentyabrın qayğılarını son həftəyə yığmamaqdır.

Rusiyada “daça” ənənəsi

Rusiyada yay aylarında şəhərdən kənarda, bağ və “daça”larda vaxt keçirmək uzun illərin ənənəsidir. Avqust həm təbiətdə istirahət, həm mövsümi məhsullar, həm də sentyabrda məktəb və iş həyatına qayıdışla xarakterizə olunur. Buradan götürüləcək maraqlı nümunə təbiətlə əlaqəni istirahətin bir hissəsinə çevirməkdir.

Çin və Yaponiya, rejim niyə vacibdir?

Çində təhsil ailə həyatında böyük əhəmiyyət daşıyır və yayın sonuna doğru yeni semestrə hazırlıq da aktuallaşır. Ancaq uşağın bütün tətilini yalnız dərs və əlavə məşğələlərlə doldurmaq balanslı yanaşmadan uzaqdır. Uşaqların istirahətə, hərəkətə, ailə vaxtına və normal yuxuya da ehtiyacı var.

Yaponiyada nizamlı gündəlik həyatla yanaşı, isti və rütubətli yay havasında sağlamlığın qorunmasına ciddi diqqət yetirilir.

Buradan götürüləcək ən sadə dərs budur, tətil heç də rejimsizlik anlamına gəlmir.

Afrikada isə vəziyyət tamam başqadır

“Afrika ölkələri avqustu necə keçirir?” sualının vahid cavabı yoxdur. Çünki Afrika böyük qitədir və iqlim şəraiti çox fərqlidir. Şimali Afrikanın bir sıra ərazilərində avqust yayın ən isti dövrlərindən olduğu halda, Cənub yarımkürəsində yerləşən ölkələrdə bu tarixlər qış mövsümünə düşür.

Fərqli ölkə təcrübələrini ümumiləşdirsək, dünyadan götürüləcək ən vacib dərslərdən biri də budur ki, həyat tərzi təqvimdən çox yerli iqlimə və insanın fərdi vəziyyətinə uyğun qurulmalıdır.

Bəs ən yaxşı model hansıdır?

Azərbaycan üçün hansı ölkənin modeli daha uyğundur? Əslində, bir ölkəni seçib onun həyat tərzini olduğu kimi köçürməyə ehtiyac yoxdur. Amma ABŞ-dan sentyabra erkən hazırlığı, Almaniyadan planlılığı, Fransadan yeni mövsümə psixoloji hazırlığı, İngiltərədən məktəb və iş rejiminə tədricən qayıdışı, Türkiyədən ailəvi yay istirahəti ənənəsini, Yaponiyadan gündəlik intizamı götürmək olar. Bütün bunları Azərbaycan ailəsinin həyat tərzinə uyğunlaşdırmaq daha uğurlu model yarada bilər.

Sentyabra hazır olmaq üçün indidən bunları edin

Avqustun qalan hissəsində ailənin sentyabr büdcəsini hesablamaq, məktəb və iş üçün həqiqətən lazım olanların siyahısını çıxarmaq, yuxu rejimini tədricən normallaşdırmaq, evdə artıq əşyaları ayırmaq və payız üçün əsas planları müəyyənləşdirmək mümkündür.

Bununla yanaşı, yayın qalan günlərini də yalnız hazırlıq və qayğılarla doldurmayın, istirahət edin, ailənizlə vaxt keçirin. Hərəkətli olun, amma isti havada özünüzü həddindən artıq yükləməyin.

Mövsümi məhsullardan yararlanın, kifayət qədər maye qəbul edin. Telefonu bir neçə saatlıq kənara qoymağı da unutmayın.

Həkimlərin yay üçün əsas tövsiyəsi

İsti hava sadəcə narahatlıq yaratmır, müəyyən hallarda sağlamlıq üçün riskə çevrilir.  Beynəlxalq səhiyyə qurumları isti günlərdə bədənin sərin saxlanmasına, müntəzəm maye qəbuluna, günün ən isti vaxtlarında ağır fiziki fəaliyyətdən çəkinməyə və risk qrupunda olan insanların daha diqqətli olmasına çağırırlar.

Xüsusilə yaşlı insanların, uşaqların və səhhətində müəyyən problemlər olan şəxslərin isti günlərdə daha diqqətli olması vacibdir. Özünüzü pis hiss etdikdə isə internet məsləhətləri ilə kifayətlənmək əvəzinə tibbi yardım almaq lazımdır.

VƏ NƏHAYƏT…

Avqustun qızıl formulu, istirahət, sağlamlıq, hazırlıq.

İstirahət edin ki, payıza yorğun başlamayasınız. Sağlamlığınıza diqqət edin ki, yayın istisi problem yaratmasın. Sentyabra hazırlaşın ki, məktəb, iş və ailə xərcləri eyni anda üzərinizə gəlməsin.

Avqust nə tam tətil ayıdır, nə də payız qayğılarına indidən qərq olmaq vaxtıdır. Ən yaxşı yol ikisinin arasında düzgün tarazlıq yaratmaqdır. Çünki yaxşı keçirilmiş avqust tək yayın gözəl sonluğu mənasına gəlmir, bu, rahat sentyabrın və uğurlu payızın başlanğıcıdır.

Sevinc MƏHƏRRƏMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Avqust 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri