Avroliqa matçından öncə rəqiblər arasında gərginlik Onananı ən pis qapıçı adlandırdı
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Avropa Liqası 1/4 final mərhələsinin "Lion" - "Mançester Yunayted" matçından öncə futbolçular arasında gərginlik yaşanıb.
Sportal.az xəbər verir ki, qonaqların qapıçısı Andre Onana oyundan öncə verdiyi açıqlamada "qırmızı şeytanlar"ın rəqibindən qat-qat güclü olduğunu bildirib.
"Lion" cəbhəsindən kamerunlu qolkiperin cavabı gecikməyib. Qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında iştirak edən Nemanya Matiç fikirlərini bölüşüb. Serbiyalı yarımmüdafiəçi Onananın "Mançester Yunayted" tarixinin ən pis qapıçısı olduğunu deyil:
"Onana dedi ki, onlar bizdən qat-qat üstündür? "Mançester Yunayted" tarixinin ən pis qapıçılarından biri olanda, nə danışdığına fikir verməlisən. Əgər bunu Edvin Van der Sar, Peter Şmeyxel və ya David De Xea desəydi, anlamaq olardı. Amma Onana ən pislərdən biridir".
Qeyd edək ki, "Lion" - "Mançester Yunayted" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Aprel 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















