Icma.az
close
up
RU
Avropa İttifaqı Kir Starmerin miqrasiya planına əngəl yaradır

Avropa İttifaqı Kir Starmerin miqrasiya planına əngəl yaradır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 7 iyul, AZƏRTAC

Britaniya Baş naziri Kir Starmerin Fransayla qanunsuz miqrantların qaytarılmasını nəzərdə tutan razılaşmanı bu həftə elan etmək planı Avropa İttifaqının cənub ölkələrinin narahatlığı fonunda sual altına düşüb.

AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, İtaliya, İspaniya, Yunanıstan, Malta və Kipr bu təşəbbüsün onların üzərinə əlavə yük qoyacağını ehtiyat edərək Avropa Komissiyasına məktub göndəriblər. Məktubda qeyd olunur ki, Fransanın Britaniya ilə ikitərəfli geri qəbul razılaşması imzalaması digər üzv ölkələr üçün ciddi nəticələr doğura bilər.

Razılaşmaya əsasən, Britaniya qanunsuz şəkildə La-Manş boğazından keçən miqrantları Fransaya qaytaracaq, əvəzində Fransadan eyni sayda sığınacaq axtaran şəxsi qəbul edəcəkdi. Plan insan alveri şəbəkələrinin fəaliyyətini pozmaq məqsədi daşıyırdı. Lakin razılaşma Fransa ilə ikitərəfli şəkildə hazırlanmasına baxmayaraq, digər Aİ üzv dövlətlərinin narahatlığına səbəb olub. Keçən ay bu beş ölkə Avropa Komissiyasına rəsmi məktub ünvanlayaraq bildirmişdilər ki, belə bir razılaşma deportasiya olunmuş miqrantların kütləvi şəkildə onların ölkələrinə yönəlməsi ilə nəticələnə bilər.

“Fransanın ikitərəfli geri qəbul razılaşması imzalamaq niyyətini təəccüblə qarşılayırıq.Əgər bu təsdiqlənsə, bu təşəbbüs həm prosedur baxımından, həm də digər üzv dövlətlər, xüsusilə də miqrantların ilkin giriş ölkələri üçün doğura biləcəyi nəticələr baxımından bizim üçün ciddi narahatlıq doğurur. Biz hesab edirik ki, belə bir razılaşmanın digər üzv dövlətlərə birbaşa və ya dolayı təsirlərinin olub-olmayacağı açıq şəkildə aydınlaşdırılmalıdır”,- deyə məktubda qeyd olunub.

Aİ qaydasına görə, bir miqrant Aİ ərazisinə ilk dəfə hansı ölkədən daxil olursa, sığınacaq üçün məsuliyyət həmin ölkənin üzərinə düşür. Yəni əgər bir miqrant əvvəlcə İtaliya, Yunanıstan və ya İspaniyaya gəlibsə, sonra Fransaya və oradan da Britaniyaya keçibsə, geri qaytarılanda ilkin giriş ölkəsinə göndərilə bilər. Bu o deməkdir ki, Britaniya Fransaya qaytardığı miqrantların bir hissəsi Fransa tərəfindən İtaliya, Yunanıstan, İspaniya və s.-yə geri göndərilə bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri