Avropa Komissiyası Kiyevə fonddan Ukrayna üçün 3,5 milyard avro məbləğində üçüncü tranş ayırır
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyası (AK) çərşənbə axşamı Ukrayna üçün fond çərçivəsində 3,5 milyard avroluq növbəti, üçüncü tranşın ayrıldığını elan edib.
"Ukraynanın mühüm Aİ yönümlü islahatlarla irəliləmək əzmini alqışlayıram. Daha əlverişli biznes mühitinin yaradılması, nəqliyyat və kənd təsərrüfatı siyasətinin təkmilləşdirilməsi Ukraynanın bərpasına, yenidən qurulmasına və Aİ-yə üzvlük istiqamətində irəliləyişinə töhfə verəcək", - Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib.
Onun sözlərinə görə, bu ödəniş fond çərçivəsində Ukrayna üçün ödənişlərin ümumi məbləğini təxminən 20 milyard avro büdcə dəstəyinə çatdıracaq.
Brüssel bu maliyyələşdirmənin ölkənin makromaliyyə sabitliyini gücləndirəcəyini, dövlət idarəçiliyini dəstəkləyəcəyini və mühüm uzunmüddətli islahatların irəliləyişini təmin edəcəyini gözləyir.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:234
Bu xəbər 02 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















