Icma.az
close
up
RU
“Avropa Liqasına getməsələr, Turan Tovuz üçün fiasko olar” Vidadi Rzayev klubun seleksiyasından narazıdı

“Avropa Liqasına getməsələr, Turan Tovuz üçün fiasko olar” Vidadi Rzayev klubun seleksiyasından narazıdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cari mövsüm çempionata uğurlu start verən komandalardan biri də “Turan Tovuz” oldu.

Tovuzlular Kurban Berdıyevin başçılığı altında ilk 5 turu məğlubiyyətsiz başa vurdu. 4-cü turda hətta “Qarabağ”ı da məğlub etməklə hər kəsi yaxşı mənada təəccübləndirdilər. Düşüncələr artıq “Turan Tovuz”un çempionluq uğrunda mübarizədə “köhlən atlar”a şərik olacağına qədər irəliləmişdi. Özü də komanda ilk 5 turda qapısının toxunulmazlığını da qorumuşdu. Amma bu seriya 6-cı turda - “Sabah”la matçda qırıldı (2:2). 7-ci turda “Araz-Naxçıvan”a uduzan bölgə təmsilçisi həm də ilk məğlubiyyətlə üzləşdi. Məhz bundan sonra sular bulanmağa başladı. İkinci dövrə isə tam fərqli oldu. İş o yerə çatıb ki, komanda son 4 turun üçündə heç-heçə edib, birində isə uduzub. “Araz-Naxçıvan”a məğlubiyyətdən sonra ikinci yerlə aradakı fərq 9 xala çatdı. Təbii ki, tovuzlu azarkeşlər də belə duruma görə narahatdı, son turlarda başverənləri anlamaqda çətinlik çəkirlər.
Biz isə azarkeşlərə yox, mütəxəssisə tribuna verdik. Görəsən, “Turan Tovuz”un çempionatdakı enişinin səbəbi nədi? İndiki vəziyyəti nə dərəcədə ciddiyə almaq lazımdı? Vidadi Rzayevin “Futbol+”ə cavabı belə oldu:

“Açığı, “Turan Tovuz”un belə cür çıxış edəcəyini heç kim gözləmirdi. İkinci dövrə fərqli başladı. Bilirsiz, orda “Kəpəz” veteranları ilə 30 illik yubiley matçı keçirildi. Tədbirdə olanda da klub nümayəndələri ilə görüşdük, söhbət etdik. Əvvəlcədən oyunlarına da baxmışdım. Belə deyək ki, "Qarabağ"la rəqabət apara biləcək heyətə malik deyillər. Orda hamı çalışır ki, Ağdam təmsilçisini üstələsinlər, hegemonluğuna, çempionluğuna son qoysunlar. Ən azı "Turan Tovuz"un Avropa Liqasına düşəcəyinə  bir qədər əminlik var. Amma düşməyə də bilərlər. Bunu son nəticələrinə görə demirəm. Əvvəldən də özlərinə demişdim ki, heyətiniz o qədər də güclü deyil. Azərbaycanda baş məşqçi işləmək də fərqlidi. Kurban Berdıyev təcrübəli məşqçidi, yaxşı təcrübəsi və uğurları var. Lakin bu ölkədə işləmək fərqlidi. Komandanı da özü yığıb, transferləri də özləri ediblər. Sonda yer tutmasa, Avropa Liqasına getməsələr, təbii ki, "Turan Tovuz" üçün fiasko olar. Hansı ki, sponsorlari bir o qədər maliyyə ayırır.  Ehtiram Quliyev komanda üçün lazım olan şəraiti artıqlaması ilə yaradıb. Komandaya yaxşı baxırlar. Belə görünür, "Turan Tovuz"un seleksiyaaı zəif olub. Bunu düzgün yerinə yetirməyiblər. Düzdü, mövsümün əvvəlində "Turan Tovuz" haqda çox xoş sözlər yazdılar. Çoxbilmişlik və yaxud ağıllılıq olmasın, bunların oyunlarına baxanda həm keçmiş futbolçu, həm də məşqçi kimi bəyənmədim. Seçimi özləri ediblər. Uğurlar arzulayıram, yaxşı yer tutarlar. Amma futbolda birinci yerdə duran seleksiya işidi. Bütün dünya buna diqqət yetirir. Futbolçu seçimi səhv oldusa, komandadan uğur gözləmək çətindi. Əvvəldən də demişdim ki,  "Tutan Tovuz" baxımlı futbol oynamır. Kurban Berdıyev özü də etiraf etmişdi ki, qol vururuq, ondan sonra müdafiəyə çəkilirik. Yəni əks-hücumlara üstünlük verir yox, oyunu davam etdirə bilmirlər. Birinci dövrədə də belə idi. Qolu vururdular, çəkilirdilər arxaya. Rəqib hər komponentdə onları üstələyirdi. Belədə uğur qazanaraq çox uzağa getmək olmur. Bu taktika da hardasa qırılır. Belə nəticə qazanmaq da çətindi. Ona görə də özü etiraf edirdi ki, sürətli hücum və s. yoxdu. Özü yıxılan ağlamaz. Özləri ediblər transferlərdi. Lazımınca vaxtları da olub. Yəni problemi transferlərdə görürəm. Berdiyevin getməsinə razı deyiləm. Guya başqası gəlib düzəldəcək ki? Ona vaxt versələr, qışa qədər qalsa, yəqin transferlər edər”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri