Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Bankların keşbek faizləri Yanvar 2026

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Avropa ölkələri ABŞ Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp Putin planı” da iflasa uğrayacaq

Avropa ölkələri ABŞ Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp Putin planı” da iflasa uğrayacaq

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Avropa dövlətləri, rəsmi Kiyevin kapitulyasiya aktı kimi qəbul etdiyi “Tramp planı”nı rədd etməsindən dərhal sonra Ukraynanın bu mövqeyini dəstəklədiklərini qətiyyən gizlətmədilər... Çünki “qoca qitə” ölkələri indi Ukrayna ilə yanaşı, Avropa dövlətlərinin də gələcək taleyinin məhz ABŞ-Rusiya gizli danışıqlarında həll edildiyinə tamamilə əmin olmağa başlayıblar...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-Rusiya tandeminin yeni “sülh planı” Ukrayna və Avropa ölkələri üçün olduqca ciddi hərbi təhlükəsizlik problemləri, eləcə də, kollektiv Qərb daxilində möbvud ziddiyyətlərin daha da dərinləşməsini vəd edir. Belə ki, Ağ Ev və Kreml arasında gizli təmasların yekun nəticəsi olduğu iddia edilən yeni “sülh planı” Ukrayna savaşı ilə bağlı siyasi-diplomatik dinamikanı yenidən qəlizləşdirib, kollektiv Qərb daxilində ciddi fikir ayrılıqları yaradıb. Rəsmi Kiyevin yeni “Tramp planı”nı da açıq şəkildə rədd etməsi, Avropa paytaxtlarında siyasi-diplomatik fəallığın kəskin yüksəlməsi və Qərb liderlərinin Ukrayna prezidenti Volodimir Zelenski ilə təcili məsləhətləşmələrə başlaması həmin sənədin geopolitik əhəmiyyətini göstərir. Və bu proses yalnız regional təhlükəsizliyə deyil, həm də Qərbin strateji birliyinə, transatlantik münasibətlərə, Ukraynanın suverenliyinə və Avropanın gələcək təhlükəsizlik arxitekturasına olduqca neqativ şəkildə təsir edə bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev yeni “Tramp planı”nı ABŞ-Rusiya tandeminin Ukrayna üçün “kapitulyasiya aktı” hazırlaması kimi qiymətləndirir. Ukraynanın xarici işlər naziri Andrey Sibihanın Ağ Ev sahibi Donald Trampın 28 maddəlik sülh planını “Rusiyanın şərtlərinin təkrar versiyası” adlandıraraq, rədd etməsi rəsmi Kiyevin gözlənildiyindən daha sərt reaksiya verməyə hazırlaşdığını biruzə verir. Və rəsmi Kiyev Tramp-Putin tandeminin Ukraynanın gələcək taeleyini bu dövlətin birbaşa iştirakı olmadan həll etmək cəhdləri ilə barışmaq niyyətində deyil.

 

Digər tərəfdən, Qərb mətbuatının iddiasına görə, Qərb liderləri ABŞ-Rusiya “plan”ının Avropa ölkələrini prosesdən kənarda saxlamasından ciddi şəkildə narahatdırlar. Almaniya kansleri Fridrix Mertsin Ukrayna prezidenti Volodimir Zelenski ilə dərhal telefon əlaqəsi qurması və G20 çərçivəsində təcili toplantı qərarı verilməsi bu narahatlığın səviyyəsini göstərir. Qərb siyasi dairələri hesab edirlər ki, bu “plan” Avropanın təhlükəsizlik arxitekturasını zəiflədir, ABŞ-ın Ukrayna məsələsində Rusiyaya yaxınlaşması “qoca qitə” üçün “təhlükəsizlik vakuum”u yaradır. Eyni zamanda, NATO-nun kollektiv müdafiə mexanizminə inam sarsılır, Avropa üçün “ABŞ artıq etibarlı müttəfiqdirmi” sualı aktuallaşır. Və ABŞ-Rusiya tandemi Avropa Birliyinin də aparıcı geopolitik aktor kimi nüfuzunu zəiflədir, bu isə “qoca qitə” ölkələri üçün həm strateji, həm ideoloji itki sayılır.

Maraqlıdır ki, avropalı ekspertlərin ilkin qənaətinə görə, yeni “Tramp planı” “kapitulyasiya” məzmunu daşıyır və “real təhlükə” qaynağıdır. Onların fikrincə, əgər, bu “plan” reallaşarsa, rəsmi Kiyevi kapitulyasiyaya məcbur etməklə yanaşı, həm də Ukrayna geopolitik xəritədən ümumiyyətlə, “silinə” bilər. Onların fikrincə, bu, bir tərəfdən, ABŞ-ın Avropa üçün “etibarlı müttəfiq” statusunu sual altına salır, digər tərəfdən isə yeni “Tramp planı” Kremlə Rusiyanın döyüş meydanında ala bilmədiklərinin masada verilməsi anlamı daşıyır.

 

Avropa Birliyinin, xüsusilə də, Almaniyanın mövqeyinə görə, sülh danışıqları yalnız Rusiya hərbi əməliyyatları dayandırdıqdan sonra başladılmalıdır. Almaniyanın xarici işlər naziri Yohann Vadefulun son bəyanatı isə Avropa Birliyinin vahid mövqeyi kimi təqdim olunub. Həmin mövqeyə görə, Rusiyanın hücumu tam və dərhal dayandırmaqla yanaşı, atəşkəs üçün də heç bir ilkin şərt olmamalıdır, Ukraynanın Rusiyanın təsir dairəsinə qaytarılması yolverilməzdir, Ukrayna yeni Avropa təhlükəsizlik arxitekturasına daxil edilməlidir. Və Avropa Birliyi hesab edir ki, “qoca qitə”nin təhlükəsizliyi üçün suveren dövlətlərin toxunulmazlığı əsas prinsipdir.

Onu da qeyd etmək lazımdır ki, yeni “Tramp planı” ətrafında yaranmış siyasi böhran, əslində, daha geniş bir prosesin, yəni kollektiv Qərb daxilində hərbi-siyasi parçalanmanın dərinləşməkdə olduğunun göstəricisidir. ABŞ-ın üçün Avropanın əhəmiyyəti azalıb, ona görə də, Ağ Ev geopolitik prioritetlərini dəyişməyə başlayıb. Halbuki, Avropa ölkələri hələlik öz təhlükəsizliyini təmin etməyə hazır deyil, ABŞ-ın bu sahədə rolunun zəifləməsi isə “qoca qitə”nin müdafiə sistemində ciddi struktur problemləri yaradır. Rusiya isə kollektiv Qərb daxilindəki bu çatları dərinləşdirməkdə birbaşa maraqlıdır. Və ABŞ-Avropa Birliyi ziddiyyətləri Rusiyanın geostrateji mövqelərini gücləndirə bilər.

 

Belə anlaşılır ki, Tramp-Putin tandeminin hazırladığı yeni “sülh planı” Ukraynanın Rusiyaya təhvil verilməsi xarakteri daşımaqla yanaşı, kollektiv Qərb üçün parçalanma katalizatoru rolunu da oynamağa başlayıb. Yəni, rəsmi Kiyevin kəskin şəkildə rədd etdiyi “Tramp planı” yalnız Ukraynanın deyil, həm də kollektiv Qərbin geostrateji gələcəyi, Avropa məkanının təhlükəsizliyi və ABŞ-ın qlobal liderlik statusu üçün olduqca ciddi sınaqdır.

Ona görə də, Avropa dövlətləri rəsmi Kiyevin kapitulyasiya aktı kimi qəbul etdiyi “Tramp planı”nı rədd etməsindən dərhal sonra “qoca qitə” ölkələri Ukraynanın bu mövqeyini dəstəklədiklərini qətiyyən gizlətmədilər. Avropa Birliyi Rusiya ilə danışıqlar prosesində Ukrayna ilə yanaşı, iştirak etmək iddiasını qabarıq şəkildə biruzə verdi. Və əgər, Ukrayna ilə yanaşı Avropa dövlətlərinin də gələcək taleyinin məhz ABŞ-Rusiya gizli danışıqlarında həll edildiyinə əmin olan “qoca qitə” ölkələri daha prinsipial müqavimət taktikası seçərsə, yeni “Tramp planı”nın da iflasa uğrama ehtimalı qaçılmaz xarakter daşıya bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Noyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see405

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see159

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see156

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see148

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see145

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see142

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see141

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see135

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see135

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri