Icma.az
close
up
RU
Avropa silahlanır: Qoca qitədə səfərbərlik elan edilib, Rusiya gələcəkdə hücum edə bilər

Avropa silahlanır: Qoca qitədə səfərbərlik elan edilib, Rusiya gələcəkdə hücum edə bilər

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Elçin Xalidbəyli: “ABŞ artıq Avropa üçün etibarlı müttəfiq deyil”


Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Breuer Rusiya tərəfindən NATO ərazisinə mümkün genişmiqyaslı hücum ehtimalını dilə gətirib. O bəyanatında  regionda artan geosiyasi gərginliyin və hərbi hazırlığın vacibliyini ön plana çıxarıb:  “Almaniya ordusu 2029-cu ilə qədər bütün lazımi silah və texnika ilə təchiz ediləcək”. Artıq orduya bu barədə tapşırıq verdiyini vurğulayan general bildirib ki, bu, Almaniyanın müdafiə strategiyasının sürətlə modernləşdirilməsi və uzaqmənzilli zərbə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı prioritetlərini açıq şəkildə ortaya qoyur: “Berlin NATO daxilində daha fəal və hazırlıqlı oyunçu kimi çıxış etməyə hazırlaşır və bu, Avropa təhlükəsizliyi üçün ciddi siqnal sayılmalıdır”.


Siyasi şərhçi Elçin Xalidbəyli də Sherg.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının aparıcı dövlətləri, xüsusilə Almaniya və Fransa, Rusiya təhlükəsi ilə bağlı ciddi və əsaslı xəbərdarlıqlar edirlər:


 “Ukraynadakı müharibənin dayandırılması prosesinin ətrafında yaranmış mürəkkəb vəziyyət, eləcə də Putinin sülh sazişi və ya atəşkəs rejimi ilə bağlı razılaşmalara yaxın durmaması, Rusiyanın həqiqətən də aqressiv və təhdidkar bir dövlət olduğunu göstərir. Bu baxımdan, yaxın gələcəkdə Rusiyanın yenidən güclənərək qonşu dövlətlərə və Avropa İttifaqı ölkələrinə qarşı real təhlükə yaratması ehtimalı istisna edilmir. Məhz bu təhlükəni nəzərə alaraq, Avropa İttifaqı silahlanmaya və yeni hərbi texnikanın idxalına təxminən 800 milyard avro həcmində maliyyə vəsaiti ayırıb. Bu məbləğ Avropa ölkələrinin hərbi gücünü artırmaq üçün kifayət qədər böyükdür”.


Politoloq qeyd edirb ki, Aİ-yə üzv ölkələrin hərbi potensiallarını artırmaları iki istiqamətdə inkişaf edən prosesdir: 

“Bir tərəfdən, Donald Trampın prezidentliyi dövründə ABŞ administrasiyasının davranışları və gözlənilməz qərarları Avropa ölkələrini əmin etdi ki, ABŞ onların strateji hərbi müttəfiqi kimi tam etibarlı deyil. ABŞ-nin təhlükəsizlik çətiri Avropa ölkələrinin hərbi toxunulmazlığına tam təminat vermir və Tramp kimi liderlərin hakimiyyətdə olduğu dövrlərdə Avropa istənilən vaxt ciddi təhlükə ilə üz-üzə qala bilər. Bu səbəbdən Avropa İttifaqına üzv dövlətlər bir tərəfdən öz hərbi güclərini artırmaqla ABŞ-dən asılılığı azaltmağa çalışırlar, digər tərəfdən isə Rusiya təhlükəsinə qarşı etibarlı müdafiə sistemi qurmaq niyyətindədirlər. Hər iki istiqamət üzrə atılan addımlar və qəbul edilən qərarlar Aİ-nin gələcək taleyini müəyyən edə biləcək əhəmiyyətə malikdir. Bu kontekstdə demək olar ki, Avropa İttifaqı ölkələri Rusiyanın təhdidkar davranışlarına qarşı qabaqlayıcı addımlar atmaq niyyətindədirlər. Bu proses yalnız silahlanma ilə məhdudlaşmır. Almaniya və Fransa kimi Qərbi Avropa dövlətlərinin narahatlıq və xəbərdarlıq dolu açıqlamaları, eyni zamanda, ictimaiyyətin diqqətini artmaqda olan təhlükəyə yönəltmək məqsədi daşıyır. Məqsəd ondan ibarətdir ki, əhalilər mümkün sosial-iqtisadi məhdudiyyətlər fonunda hərbi sahənin inkişafına ciddi müqavimət göstərməsinlər”.


E.Xalidbəylinin fikrincə, qərbi Avropa ölkələri bu cür açıqlamalarla digər Aİ ölkələrinin də Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməsi üçün zəmin yaratmağa çalışırlar: 

“Onlar hesab edirlər ki, Rusiyanın hücumunu gözləməkdənsə, silahlanma ilə paralel şəkildə bu ölkənin zəiflədilməsinə yönəlik tədbirlər görülməlidir. Əgər Rusiya müasir texnologiyalara çıxış imkanlarını itirərsə, onun inkişaf tempi kəskin şəkildə aşağı düşəcək və nəticədə ölkənin həm iqtisadiyyatı, həm də hərbi-texniki potensialı ciddi sarsıntılarla üzləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri