Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Avropada isti hava dalğası: Yayda sərinləmək istəyənlər hara səyahət edə bilər?

Avropada isti hava dalğası: Yayda sərinləmək istəyənlər hara səyahət edə bilər?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropanın böyük hissəsi anomal isti hava dalğasının təsiri altında olduğu bir vaxtda turizm üzrə ekspertlər yayın ən qızğın dövründə belə rahat istirahət etməyə imkan verən istiqamətləri tövsiyə edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” nəşri yazır.

Meteoroloqların sözlərinə görə, hazırkı isti hava dalğası qeyri-adidir, çünki yüksək temperatur hətta qitənin şimal bölgələrini də əhatə edib. Bununla belə, yaxın vaxtlarda hava şəraitinin adi mövsümi mənzərəyə qayıdacağı gözlənilir: Avropanın cənubunda güclü istilər davam edəcək, şimalda isə hava xeyli sərin olacaq.

Bir çox Avropa ölkəsində gündüz temperaturu təxminən +38 dərəcəyədək yüksəlib ki, bu da iyun ayı üzrə iqlim normasından təxminən 20 dərəcə yüksəkdir.

İqlim dəyişiklikləri turistlərin seçimlərinə də təsir göstərir. "Booking.com” platformasının məlumatına görə, səyahətçilərin 54 faizi həddindən artıq isti ölkələrə getməkdən imtina edir, təxminən dörddə biri isə məqsədli şəkildə "sərin istirahət" (coolcation) konsepsiyasını seçir.

Ekspertlər iyul və avqust aylarında yay istirahəti üçün ideal hesab olunan bir neçə istiqaməti açıqlayıblar.

Norveç: Fyordlar, sahillər və təmiz hava


Ən yaxşı seçimlərdən biri Norveçin qərb sahillərinə səyahətdir. Marşruta Bergen şəhərindən başlamaq, burada bir neçə gün keçirdikdən sonra avtomobillə erkən orta əsrlərdə vikinqlərin paytaxtı olmuş Trondheymə yollanmaq tövsiyə olunur.

Yolboyu Olesund, Kristiansund və Bryggen rayonunu ziyarət etmək, möhtəşəm fyordları, qayalı sahilləri, meşələri, ucqar çimərlikləri və kiçik adaları birləşdirən çoxsaylı körpüləri görmək mümkündür.

Yay aylarında burada gündüz temperaturu adətən +18 dərəcəni keçmir.

Danimarka: Rahat hava və zəngin görməli yerlər


İsti havanı sevməyənlər üçün digər əlverişli seçim Danimarkadır. Səyahətə Kopenhagen şəhərindən başlamaq tövsiyə edilir. Burada dünyanın ən qədim əyləncə parklarından biri olan Tivoli, Kristianiya məhəlləsi və vikinqlər dövrünə aid zəngin eksponatların nümayiş olunduğu Danimarka Milli Muzeyi diqqət çəkir.

Daha sonra uzunluğu 7 min kilometrdən artıq olan sahil zolağı boyunca səyahət etmək, həmçinin "LEGOLAND” parkını və Odense şəhərində yerləşən Hans Kristian Andersen Muzeyini ziyarət etmək tövsiyə olunur. Yayda gündüz temperaturu təxminən +21 dərəcə, gecələr isə +12 dərəcə olur.

Estoniya: Baltik dənizinin sərinliyi və toxunulmamış təbiət


Estoniya yay istisindən uzaqlaşmaq istəyənlər üçün ideal seçim hesab edilir. Paytaxt Tallində bir həftə keçirmək mümkündür. Burada orta əsrlərə aid küçələr, qədim məbədlər, muzeylər, incəsənət qalereyaları, bit bazarları və qastronomik yarmarkalar turistlərin diqqətini cəlb edir.

Ən maraqlı məkanlardan biri Baltik dənizi sahilində yerləşən "Iglupark” sauna kompleksidir. Burada ziyarətçilər isti saunadan sonra sərin dəniz suyuna girə bilirlər.

Paytaxtdan kənarda bataqlıqları, gölləri və sıx meşələri ilə tanınan Lahemaa Milli Parkını, həmçinin "bataqlıqlar ölkəsi" adlandırılan Soomaa Milli Parkında kayak turlarını sınamaq tövsiyə edilir.

Saaremaa ilə yanaşı Ruhnu, Aegna, Naissaar, Vormsi və Kihnu adaları da maraqlı istiqamətlər sırasındadır. Yayda gündüz temperaturu adətən +24 dərəcəni keçmir.

Qalisiya: İspaniyanın sərin bölgəsi


İspaniyada isti havadan yayınmaq istəyənlərə ölkənin şimal-qərbində yerləşən Qalisiya bölgəsi tövsiyə olunur. Burada yay temperaturu cənub kurortları ilə müqayisədə təxminən 10 dərəcə aşağı olur.

Bölgənin əsas görməli yeri dünyanın ən mühüm zəvvar mərkəzlərindən biri olan Santyaqo-de-Komposteladır. Buradakı məşhur kafedralda Müqəddəs Yakovun relikviyaları saxlanılır və hər il minlərlə zəvvar Kamino de Santyaqo marşrutu ilə buraya gəlir.

Yaxınlıqdakı La Korunya şəhərində eramızın I əsrinə aid Herkul qülləsini və şüşə fasadlı tarixi binaları görmək mümkündür.

Çimərlik istirahətini sevənlər üçün Cies adaları milli parkındakı Praia de Rodas çimərliyi tövsiyə edilir. Ağ qumu və möhtəşəm qayalıqları sayəsində bu məkan tez-tez Avropanın ən gözəl çimərliklərindən biri adlandırılır.

Yayda temperatur təxminən +24 dərəcə olur.

Bretan: Fransanın şimalında rahat yay


Hazırkı isti hava dalğasına baxmayaraq, Fransanın şimal-qərbində yerləşən Bretan bölgəsi yay səyahətləri üçün ən rahat istiqamətlərdən biri olaraq qalır.

Bölgə sərt okean mənzərələri, uzun qumlu çimərlikləri və tarixi abidələri ilə seçilir.

Burada Mon-Sen-Mişel adasını, rəssam Pol Qoqenin şöhrət qazandırdığı Pon-Aven qəsəbəsini, həmçinin qala divarları və dar küçələri ilə məşhur Sen-Malo liman şəhərini ziyarət etmək tövsiyə olunur.

Nant və Renn şəhərləri də qalaları, incəsənət qalereyaları və yerli bazarları ilə turistlərin marağına səbəb olur.

Yayda orta gündüz temperaturu təxminən +22 dərəcə təşkil edir.

Litva: Baltik sahillərində sərin istirahət


Litva Aralıq dənizi ölkələrindəki istidən yayınmaq istəyən turistlər arasında getdikcə daha populyar olur. Ötən il ölkəyə rekord sayda — 1,5 milyon turist səfər edib.

Əksər turistlər səyahətə Vilnüsdən başlayırlar. Şəhər orta əsr qalaları, qədim şəhər hissəsi, çoxsaylı bar və restoranları ilə tanınır. Burada həmçinin İşğallar və Azadlıq Mübarizəsi Muzeyini ziyarət etmək mümkündür.

1998-ci ildə zarafatla müstəqilliyini elan etmiş Ujupis məhəlləsi öz qalereyaları və müasir kafeləri ilə fərqlənir.

Kaunas şəhəri də orta əsr qalası, incəsənət qalereyaları və çay sahilində yerləşən şəhər çimərliyi ilə diqqət çəkir.

Dəniz istirahəti üçün geniş qumlu sahilləri və hündür qum təpələri ilə tanınan Kurş dili ideal seçim sayılır.

Yayda gündüz temperaturu təxminən +21 dərəcə olur.

İsveçrə: Alp dağlarının sərinliyi


İstidən tam uzaqlaşmaq istəyənlərə İsveçrə Alplarına səyahət tövsiyə edilir.

Populyar marşrut Mayringen, Vengen, Müren, Kanderşteq və Tsermatt şəhərinə qədər uzanır. Təxminən 150 kilometrlik yürüş orta hesabla 15 gün davam edir.

Marşrut boyunca Eyger və Matterhorn zirvələrini seyr etmək, təmiz dağ havasından zövq almaq mümkündür. Gecələr temperatur +10 dərəcəyədək enə bilir.

Səyahətdən sonra Sürix və ya Cenevrə gölünün sahilində dincəlmək olar.

Alplarda gündüz temperaturu təxminən +18 dərəcə təşkil edir.

İtaliya Dolomitləri: Çimərlik əvəzinə dağlar


Yay istirahəti üçün digər əlverişli məkan İtaliyanın Dolomit Alplarıdır.

Baza kimi qışda xizək kurortu, yayda isə dağ turizmi mərkəzi olan Madonna-di-Kampilyo seçilə bilər.

Burada göllər, şəlalələr, buzlaqlar və dağ zirvələri boyunca uzanan müxtəlif çətinlik dərəcəli marşrutlar mövcuddur. Turistlər həm müstəqil, həm də bələdçi ilə yürüşlərdə iştirak edə bilərlər.

Yay mövsümündə fəaliyyət göstərən kanat yolları uzaq dağlıq ərazilərə rahat çıxışı təmin edir.

Orta gündüz temperaturu təxminən +17 dərəcədir.

Avstriya: Alp dağlarının qoynunda istirahət


Alternativ seçim kimi Avstriyanın ən gözəl kəndlərindən biri hesab olunan Alpbax tövsiyə olunur.

Burada ənənəvi taxta şalelər, hündür qülləli kilsə və möhtəşəm Alp mənzərələri turistləri qarşılayır.

Yayda dağ cığırları ilə gəzinti etmək, kanat yolu ilə panoramik mənzərələrdən zövq almaq və Tirol mətbəxinin təamlarını dadmaq mümkündür.

Gündüz temperaturu təxminən +24 dərəcə olur.

Finlandiya: Ağ gecələr ölkəsi


BMT-nin hesabatına əsasən, bu il ardıcıl doqquzuncu dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiya da yay səyahəti üçün əlverişli istiqamətlərdən biridir.

Finlandiya yayının əsas xüsusiyyətlərindən biri gün işığının demək olar ki, fasiləsiz davam etməsidir. Günəş çox gec batır, gecə saatlarında belə üfüq işıqlı qalır. Buna görə ölkə tez-tez "gecəyarısı günəşi ölkəsi" adlandırılır.

Səyahətə Helsinki şəhərindən başlamaq, muzeyləri, incəsənət qalereyalarını, bazarları ziyarət etmək və yaxın adalara dəniz turları etmək tövsiyə olunur.

Daha sonra avtomobil icarəyə götürərək bərə ilə Aland adalarına, xüsusilə Mariyehamn şəhərinə getmək, geri qayıdarkən isə Turku şəhərinə baş çəkmək mümkündür.

Yayda gündüz temperaturu adətən +21 dərəcəni keçmir, gecələr isə təxminən +11 dərəcə olur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyun 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri